https://sputnik.az/20211109/abs-sefirliyi-ucterefli-beyanat-in-ildonumu-ile-ile-bagli-aciqlama-yaydi-435020350.html
ABŞ səfirliyi Üçtərəfli bəyanat-ın ildönümü ilə ilə bağlı açıqlama yaydı
ABŞ səfirliyi Üçtərəfli bəyanat-ın ildönümü ilə ilə bağlı açıqlama yaydı
Sputnik Azərbaycan
Səfirlik bəyan edib ki, ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan... 09.11.2021, Sputnik Azərbaycan
2021-11-09T10:59+0400
2021-11-09T10:59+0400
2021-11-09T11:34+0400
azərbaycan xəbərləri
abş
abş dövlət departamenti
abş səfirliyi
abş-ın azərbaycandakı səfirliyi
https://cdnn1.img.sputnik.az/img/41568/44/415684403_0:83:1001:646_1920x0_80_0_0_0144c1a35e44c10bf385842e0eed6799.jpg
BAKI, 9 noyabr - Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyənatın birinci il dönümü ilə bağlı açıqlama yayıb.Açıqlamada deylir. "Bu həftə ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının il dönümünü tanıyır. Ötən il hərbi əməliyyatlar zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz hazırda itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlamaq üçün şərait yaradılmasına çağırırıq. Biz, həmçinin, iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq.Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosu müavininin köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır".
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41568/44/415684403_14:0:985:728_1920x0_80_0_0_d85043020c4cb72734efd9234c1cb96c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, abş dövlət departamenti, abş səfirliyi, abş-ın azərbaycandakı səfirliyi
abş, abş dövlət departamenti, abş səfirliyi, abş-ın azərbaycandakı səfirliyi
ABŞ səfirliyi Üçtərəfli bəyanat-ın ildönümü ilə ilə bağlı açıqlama yaydı
10:59 09.11.2021 (Yenilənib: 11:34 09.11.2021) Səfirlik bəyan edib ki, ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının il dönümünü tanıyır.
BAKI, 9 noyabr - Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyənatın birinci il dönümü ilə bağlı açıqlama yayıb.
"Bu həftə ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının il dönümünü tanıyır.
Ötən il hərbi əməliyyatlar zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz hazırda itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlamaq üçün şərait yaradılmasına çağırırıq.
Biz, həmçinin, iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq.
Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosu müavininin köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır".