https://sputnik.az/20211108/zefer-zirvesine-demir-yumruq-ekspedisiyasi-teskil-olunub-434990281.html
"Zəfər" zirvəsinə "Dəmir yumruq" ekspedisiyası təşkil olunub
"Zəfər" zirvəsinə "Dəmir yumruq" ekspedisiyası təşkil olunub
Sputnik Azərbaycan
Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər Vətən müharibəsində... 08.11.2021, Sputnik Azərbaycan
2021-11-08T12:18+0400
2021-11-08T12:18+0400
2021-11-08T12:39+0400
zəfər günü
yürüş
zirvə
video
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/434990174_0:0:1000:563_1920x0_80_0_0_3e611be5eac8fa4423397721439f213e.jpg
BAKI, 8 noyabr — Sputnik. Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun, "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin və "Baku.TV"-nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş "Dəmir yumruq" ekspedisiyası keçirilib.Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinistlər Quba rayonu ərazisindəki "Zəfər" zirvəsinə yürüş edib.Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər burada Azərbaycan Respublikasının Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/434990174_88:0:1000:684_1920x0_80_0_0_a9a10c82c3efe668fabcebe376e409f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəfər günü, видео, yürüş, zirvə
zəfər günü, видео, yürüş, zirvə
"Zəfər" zirvəsinə "Dəmir yumruq" ekspedisiyası təşkil olunub
12:18 08.11.2021 (Yenilənib: 12:39 08.11.2021) Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BAKI, 8 noyabr — Sputnik. Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun, "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin və "Baku.TV"-nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş "Dəmir yumruq" ekspedisiyası keçirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.
Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinistlər Quba rayonu ərazisindəki "Zəfər" zirvəsinə yürüş edib.
Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər burada Azərbaycan Respublikasının Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.