https://sputnik.az/20211108/susa-fuzuli-ve-qubadli-ozunu-nece-dolandiracaq--434822839.html
Şuşa, Füzuli və Qubadlı özünü necə dolandıracaq?
Şuşa, Füzuli və Qubadlı özünü necə dolandıracaq?
Sputnik Azərbaycan
Əlli iki rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Məqsəd daha çox yerli gəlirlər hesabına... 08.11.2021, Sputnik Azərbaycan
2021-11-08T10:42+0400
2021-11-08T10:42+0400
2021-11-08T10:42+0400
qarabağ
təhlil
millət vəkili
iqtisadçı alim vüqar bayramov
qubadlı
cəbrayıl
şuşa
füzuli
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434408221_0:103:2000:1228_1920x0_80_0_0_d63f740c727c7c6f75cd6e60972cfe9e.jpg
BAKI, 8 noyabr — Sputnik. Gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq, 52 rayon və şəhər özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Bu 14 rayonun yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir, qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad edilən şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı özünü dolandıra biləcək və onlara mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb.Məsələni şərh edən millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, rayonların özünümaliyyələşdirməsində əsas məqsəd yerli xərclərin yerli gəlirlərin hesabına ödənilməsinə nail olmaqdır: "Biz son illər mütəmadi olaraq özünü maliyyələşdirən rayonların sayının artmasını müşahidə edirik. Bu da onların yerli gəlirlər hesabına xərclərinin maliyyələşdirilməsi anlamına gəlir. İşğaldan azad olunan ərazilərimizdə yerləşən 7 rayon dövlət büdcəsindən vəsait alacaq. Yalnız 3 şəhər və rayona özünümaliyyələşdirmə prinsipinin tətbiq edilməsi nəzərdə tutulur"."Şuşa şəhərinin infrastrukturu inkişaf edir və bununla bağlı vəsait dövlət büdcəsindən ayrıca xətt üzrə ayrılır. Şuşanın xüsusən də mövcud xərclərini nəzərə alsaq, yerli gəlirlər hesabına öz xərclərini ödəmək və kompensasiya etmək imkanları var. Eyni zamanda, Füzuli rayonunun bir hissəsi 1994-cü ildə işğaldan azad olunduğuna görə həmin rayonda da yerli gəlirlər var. Qubadlının isə kənarda fəaliyyət göstərən müəssisələrinin yaratdığı dəyər hesabına, yəni yerli gəlirlər hesabına xərclərinin ödənməsi nəzərdə tutulub", - deyə deputat bildirib.O qeyd edib ki, bütövlükdə məqsəd yerli gəlirlərin payını artırmaq və daha çox yerli gəlirlər hesabına xərclərin ödənməsinə nail olmaqdır: "Gözlənilir ki, proses növbəti dövrlərdə də davam edəcək. Amma bütün bunlara rəğmən rayonların bərpası ilə bağlı ayrılan vəsaitin həcminə bu proses təsir göstərməyəcək. Nəticədə həmin rayonların bərpa və yenidən qurulması ilə bağlı vəsaitin planlaşdırıldığı kimi ayrılmasının davam edəcəyi gözlənilir və ayrıca xərc maddəsi ilə dövlət büdcəsindən bu istiqamətdə vəsait ayrılacaq"."Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbətdir. Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünümaliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir", - deyə deputat qeyd edib.Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 milyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq.Xatırladaq ki, Azərbaycanda mərkəzi büdcədən vəsait almadan xərclərini yerli gəlirlər hesabına ödəyə bilən şəhər və rayonların sayı 2017-ci ildən etibarən artır. Belə ki, 2016-cı ildə büdcədən dotasiya almayan rayonların sayı 7 olduğu halda 2017-ci ildə onların sayı 34-ə yüksəlib. 2021-ci ildə bu rəqəm 42 olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434408221_114:0:1887:1330_1920x0_80_0_0_8c18760c0c856053f563beadbadcb30e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qarabağ, millət vəkili, iqtisadçı alim vüqar bayramov, qubadlı, cəbrayıl, şuşa, füzuli
qarabağ, millət vəkili, iqtisadçı alim vüqar bayramov, qubadlı, cəbrayıl, şuşa, füzuli
Şuşa, Füzuli və Qubadlı özünü necə dolandıracaq?
Əlli iki rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Məqsəd daha çox yerli gəlirlər hesabına xərclərin ödənməsinə nail olmaqdır. Millət vəkili məsələni Sputnik Azərbaycan-a şərh edib.
BAKI, 8 noyabr — Sputnik. Gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq, 52 rayon və şəhər özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Bu 14 rayonun yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir, qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad edilən şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı özünü dolandıra biləcək və onlara mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb.
Məsələni şərh edən millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, rayonların özünümaliyyələşdirməsində əsas məqsəd yerli xərclərin yerli gəlirlərin hesabına ödənilməsinə nail olmaqdır: "Biz son illər mütəmadi olaraq özünü maliyyələşdirən rayonların sayının artmasını müşahidə edirik. Bu da onların yerli gəlirlər hesabına xərclərinin maliyyələşdirilməsi anlamına gəlir. İşğaldan azad olunan ərazilərimizdə yerləşən 7 rayon dövlət büdcəsindən vəsait alacaq. Yalnız 3 şəhər və rayona özünümaliyyələşdirmə prinsipinin tətbiq edilməsi nəzərdə tutulur".
"Şuşa şəhərinin infrastrukturu inkişaf edir və bununla bağlı vəsait dövlət büdcəsindən ayrıca xətt üzrə ayrılır. Şuşanın xüsusən də mövcud xərclərini nəzərə alsaq, yerli gəlirlər hesabına öz xərclərini ödəmək və kompensasiya etmək imkanları var. Eyni zamanda, Füzuli rayonunun bir hissəsi 1994-cü ildə işğaldan azad olunduğuna görə həmin rayonda da yerli gəlirlər var. Qubadlının isə kənarda fəaliyyət göstərən müəssisələrinin yaratdığı dəyər hesabına, yəni yerli gəlirlər hesabına xərclərinin ödənməsi nəzərdə tutulub", - deyə deputat bildirib.
O qeyd edib ki, bütövlükdə məqsəd yerli gəlirlərin payını artırmaq və daha çox yerli gəlirlər hesabına xərclərin ödənməsinə nail olmaqdır: "Gözlənilir ki, proses növbəti dövrlərdə də davam edəcək. Amma bütün bunlara rəğmən rayonların bərpası ilə bağlı ayrılan vəsaitin həcminə bu proses təsir göstərməyəcək. Nəticədə həmin rayonların bərpa və yenidən qurulması ilə bağlı vəsaitin planlaşdırıldığı kimi ayrılmasının davam edəcəyi gözlənilir və ayrıca xərc maddəsi ilə dövlət büdcəsindən bu istiqamətdə vəsait ayrılacaq".
"Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbətdir. Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırılmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünümaliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir", - deyə deputat qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 milyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq.
Xatırladaq ki, Azərbaycanda mərkəzi büdcədən vəsait almadan xərclərini yerli gəlirlər hesabına ödəyə bilən şəhər və rayonların sayı 2017-ci ildən etibarən artır. Belə ki, 2016-cı ildə büdcədən dotasiya almayan rayonların sayı 7 olduğu halda 2017-ci ildə onların sayı 34-ə yüksəlib. 2021-ci ildə bu rəqəm 42 olub.