Əyninə Zəfəri geyinən Bakı - bayram əhvalı fotokadrlarda
Əyninə Zəfəri geyinən Bakı - bayram əhvalı fotokadrlarda
Sputnik Azərbaycan
Paytaxtın bayram əhval-ruhiyyəsini Sputnik Azərbaycan-ın fotomüxbiri lentə köçürüb. Zəfər yaraşan Bakıdan parlaq görüntülər xüsusi fotolentimizdə. 08.11.2021, Sputnik Azərbaycan
BAKI, 8 noyabr — Sputnik. Vətən müharibəsində Zəfərin, Qarabağın incisi Şuşanın azad edilməsinin ilk ildönümü Bakıda böyük coşqu ilə qeyd edilir.Paytaxt sakinləri səhər ertədən üçrəngli bayraqlara bürünərək şəhərin mərkəzinə doğru axışıblar. Burada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Bakı küçələrində Qarabağ atları xüsusi təntənə yaradıb. Yürüşü süvari dəstələri müşayiət ediblər. Maraqlıdır ki, onlar arasında qızlar da var. Ağ şəhər bulvarında isə qara geyimli gənclər "Dəmir yumruq" kompozisiyası yaradaraq Azərbaycan himnini ifa edib, qazilərimizi salamlayıblar.Paytaxtın bayram əhval-ruhiyyəsini Sputnik Azərbaycan-ın fotomüxbiri lentə köçürüb. Zəfər yaraşan Bakıdan parlaq görüntülər xüsusi fotolentimizdə.
Paytaxt sakinləri səhər ertədən üçrəngli bayraqlara bürünərək şəhərin mərkəzinə doğru axışıblar. Burada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Bakı küçələrində Qarabağ atları xüsusi təntənə yaradıb. Yürüşü süvari dəstələri müşayiət ediblər. Maraqlıdır ki, onlar arasında qızlar da var.
Ağ şəhər bulvarında isə qara geyimli gənclər "Dəmir yumruq" kompozisiyası yaradaraq Azərbaycan himnini ifa edib, qazilərimizi salamlayıblar.
Paytaxtın bayram əhval-ruhiyyəsini Sputnik Azərbaycan-ın fotomüxbiri lentə köçürüb. Zəfər yaraşan Bakıdan parlaq görüntülər xüsusi fotolentimizdə.