QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlılar Qarabağ Zəfərini bütün dünyaya eşitdirdilər

© Sputnik / Murad OrujovAzərbaycan bayrağı, arxiv şəkli
Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
BAKI, 8 noyabr - Sputnik. Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə 8 Noyabr - Zəfər Gününü qeyd ediblər.
Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bir sıra Avropa şəhərlərində, eləcə də okeanın o tayında - ABŞ və Kanadada da bir sıra tədbirlər baş tutub.
Berlində Komitənin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının (AAA) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Almaniyadakı səfiri başda olmaqla səfirliyin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Azərbaycan icmasının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bakı sakinləri Zəfər Gününü qeyd edirlər. - Sputnik Azərbaycan, 1920, 08.11.2021
FOTO
Əyninə Zəfəri geyinən Bakı - bayram əhvalı fotokadrlarda
Tədbirdə 44 günlük müharibə dövründə Azərbaycan diasporunun fəaliyyətini və diaspor nümayəndələrinin Şuşaya səfərlərini əks etdirən videoçarxlar nümayiş olunub.
Sonra azərbaycanlı sənətçilərin iştirakı ilə konsert olub. Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.
Analoji tədbir Münhendə də baş tutub.
Fransanın üç - Strasburq, Tuluza və Nant - şəhərində azərbaycanlılar Vətən müharibəsində şəhid olanların xatirəsini yad ediblər. Tədbirlərdə 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayış olunub, konsertlər təşkil edilib. Fransanın Tuluza şəhərində yaşayan soydaşlarımız Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılovun Montaban şəhərinin Neqrapolis qəsəbəsində yerləşən xatirə lövhəsini ziyarət ediblər.
Fransada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə Nant şəhərindəki “Qarabağ” həftəsonu Azərbaycan məktəbinin şagirdləri Azərbaycan və Türkiyə bayraqları ilə Nantın mərkəzi kücələrində yürüşə çıxaraq, yerli sakinlərə Azərbaycanın tarixi torpağı Qarabagın işğaldan azad olunması və 8 Noyabr – Zəfər Günü haqqında məlumat veriblər. Məktəblilər şəhər sakinlərinə “Xarı Bülbül” rəmzinin təsvirini və qızıl güllər paylayıblar. Yürüş Azərbaycan və Türkiyə bayraqlarının səmalara yüksəldilməsi ilə başa çatıb.
İspaniyanın Barselona şəhərində, Licue Koservatoriyasında Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub. Konsert çərçivəsində Zəfər Günü ilə bağlı fotosərgi də keçirilib.
Danimarkanın Kopenhagen, Niderlandın Haaqa, Avstriyanın Vyana şəhərində də Zəfər Günü qeyd olunub.
Macarıstanın paytaxtı Budapeşt şəhərində Zəfər Gününə həsr edilmiş "Victory CUP" adlı futzal turniri keçirilib. Turnirdə Macarıstan universitetlərinin tələbələrindən ibarət 8 komanda iştirak edib.
Macarıstanın aparıcı futbol komandalarından biri olan “Vasas” FK-nın futzal zalında baş tutmuş turnirdə qalib gələn Eötvöş Lorand Universitetinin komandası ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə tərəfindən Zəfər Kuboku ilə mükafatlandırılıb, həmçinin ikinci və üçüncü yerləri tutan Macarıstan Fiziki Universitetinin və Korvinus Universitetinin komandalarına “Vasas” FK-nın fəxri prezidenti Janos Jako tərəfindən medallar və hədiyyələr təqdim edilib.
Turnir üçün xüsusi olaraq hazırlanmış Zəfər Kuboku, medallar və mükafatların üzərində ölkəmizin qələbə rəmzlərindən birinə çevrilmiş xarı-bülbül əks olunub.
Turnirdə qalib gələn komandanın noyabr ayının sonlarında Azərbaycana səfəri və “Qarabağ” futbol klubunun təlim-məşq toplantılarında, həmçinin oyunlarında iştirakı nəzərdə tutulur.
Böyük Britaniyanin və Şimali İrlandiya Birləşmiş Krallığının bir sıra şəhərlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər fləşmobu keçirilib.
“Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir - Sputnik Azərbaycan, 1920, 08.11.2021
HƏRBİ
Vətən müharibəsindən real kadrlar - MN Zəfər Günü ilə bağlı video paylaşıb
Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə London, Mançester, Aberdin, Nyukasl, Koventri, Kanterberi, Birminhem, Kembric, Nottinqem, Leverinqton və digər şəhərlərinin müxtəlif yerlərində baş tutan fləşmoblar zamanı soydaşlarımız xalqımızı Zəfər Günü münasibətilə təbrik ediblər.
Aksiyalar zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi güllərin düzülməsi və şamların yandırılması ilə yad edilib.
Londonda həmçinin Zəfər Gününə həsr olunmuş konsert, Lids şəhərində isə yürüş-aksiya keçirilib.
Azərbaycan diasporunun fəal üzvləri Röyalə və Tomas Amiral-Moody ailəsinin təşkilatçılığı ilə baş tutan yürüş-aksiya zamanı şəhərin müxtəlif izdihamlı yerlərində Azərbaycan, Türkiyə və Böyük Britaniyanın bayraqları dalğalandırılıb, “Zəfər Günü #Qarabağ Azərbaycandır!” yazılmış poster nümayiş etdirilib. Azərbaycan xəritəsinin və “Qarabağ Azərbaycandır!” şüarının əks olunduğu köynəklər geyinmiş aksiya iştirakçıları şəhər sakinlərinə Zəfər Günü barədə ətraflı məlumat verib, vərəqələr paylayıblar.
Türkiyənin İstanbul şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Diasporla iş Üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Pakistanın İstanbuldakı baş konsulu Bilal Xan Paşa, AK Parti İstanbul millət vəkili Şamil Ayrım, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə, İraq türklərinin lideri Ərşad Salihi, Türkiyə Milli Müdafiə Universitetinin müdavimi, mayor Coşqun Quliyev və başqaları tədbirdə çıxış edərək, bu möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər.
Daha sonra “Bayatı Şiraz” və “Yaddaş” filmləri nümayiş olunub.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri Azərin, Əlixan Səmədov, Əməkdar artistlər İslam Manafov, Turan Manafzadə, Günel Zeynalova, Rəvanə Qurbanova və Elgün Quliyev Azərbaycanın klassik musiqi əsərlərini səsləndiriblər.
Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimi - Sputnik Azərbaycan, 1920, 08.11.2021
QARABAĞ
Zəfər Günü beynəlxalq hüquq və ədalətin təntənəsidir - Azərbaycan XİN
Sonra “Xəzər” Azərbaycan Xalq Rəqsləri və Sənət Dərnəyi, “Buta” instrumental ansamblının ifasında Azərbaycanın milli rəqsləri nümayiş olunub və musiqiləri səsləndirilib.
ABŞ-ın Nyu-York şəhərindəki Karnegi konsert zalında isə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram konserti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüşüb. Tədbir çərçivəsində Azərbaycanı Zəfərə aparan hadisələri əks etdirən fotosərgi də nümayiş etdirilib.
Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi onlayn bayram konserti təşkil edib.
Xəbər lenti
0