CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Tanrım, balamı aparmısan, nə olar, nəvəmi qoru, o, salamat gəlsin"

© Sputnik / Shahperi AbbasovaVətən Müharibəsi iştirakçısı Mamontov Oleq Dimitroviç
Vətən Müharibəsi iştirakçısı Mamontov Oleq Dimitroviç  - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Vətən müharibəsində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların nümayəndələri də qəhrəmanlıqla döyüşüblər.
BAKI, 7 noyabr — Sputnik. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların nümayəndələri də qəhrəmanlıqla döyüşüblər. Mamontov Oleq Dimitroviç də Vətən müharibəsində azərbaycanlılarla birlikdə vuruşub.
Döyüş yolu Cəbrayıldan başlayan Oleq müharibə xatirələrini Sputnik Azərbaycan-la bölüşüb. Əsgər yoldaşları ilə Cəbrayılın və Qubadlının işğaldan azad olunmasında iştirak edən qəhrəmanımızın növbəti hədəfi Laçın dəhlizi idi: "Cəbrayıldan ta Laçına qədər getdik, müəyyən yerə qədər maşınla, amma böyük hissəsini piyada".
Oleq əmisi, Birinci Qarabağ müharibəsində şəhid olan Mamontov Oleq Nikolayeviçin adını daşıyır. Onun ən böyük arzusu əmisinin qisasını döyüş meydanında almaq olub: "Həmişə qürur duyurdum əmimlə. Əmim Şuşada şəhid olub. Həmişə düşünürdüm ki, gedim vuruşum, onun qisasını alım. Döyüş vaxtı da istəyirdim ki, Şuşaya qədər gedim çıxım. Amma qismət olmadı".
© Photo : Oleg MamontovVətən Müharibəsi iştirakçısı Oleq Mamontov əsgər yoldaşıları ilə birgə
Oleq Mamontov - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Vətən Müharibəsi iştirakçısı Oleq Mamontov əsgər yoldaşıları ilə birgə
Müharibəyə çağırış vərəqəsi gələndə Oleqin ailə üzvləri bu xəbəri birmənalı qarşılamayıblar. Qorxurdular ki, Oleq də adını yaşatdığı əmisinin taleyini yaşayar:

"Kağız gələndə əvvəl demədim. Bilirdim ki, gedəcəyimi desəm, narahat olacaqlar, xüsusilə nənəmin çox həssas yanaşacağını bilirdim. Gizlətməyə çalışsam da, artıq zəng edib demişdilər. Qorxurdular ki, əmimin taleyini yaşayaram".

Yelena Mamontova nəvəsi Oleq doğulandan sonra bir az təskinlik tapıb. Amma nəvəsinin müharibəyə gedəcəyini biləndə həyatını riskə atmasını istəməyib. Dolayı yolla onu müharibəyə getmək fikrindən çəkindirməyə çalışsa da, artıq gec idi:
"Əlacım ancaq duaya yetdi. Nənə üçün bütün nəvələr birdir. Amma Oleqin yeri tamam başqadır mənim üçün. Oğlumun ətrini alıram ondan. Oğlum yaşasaydı, indi 50 yaşı olacaqdı, o, 28 ildir ki, torpağın altındadır, mən yaşayıram. O qədər qurbanlar dedim ki, Tanrım, balamı aparmısan, nə olar, nəvəmi qoru, o salamat gəlsin. Hər gün zəng edirdi. Bir gün zəng etməyəndə özümə yer tapa bilmirdim. Bir dəfə Laçın dağlarında olanda zəng edə bilməmişdi, həmin gün bütün dünya başıma fırlandı. Mən oğlumda bu qədər həyəcan keçirmirdim, bəlkə də cavan idim, dözürdüm. Amma nəvəm Oleq müharibədə olanda özümə yer tapa bilmirdim".
© Photo : Oleg MamontovVətən Müharibəsi iştirakçısı Oleq Mamontov əsgər yoldaşıları ilə birgə
Oleq Mamontov - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Vətən Müharibəsi iştirakçısı Oleq Mamontov əsgər yoldaşıları ilə birgə
Şəhid Mamontov Oleq Nikolayeviç könüllü olaraq hərbi xidmətə gedib, N saylı hərbi hissədə müddətdən artıq xidmət edərək tankçı kimi yetişib. Oleq Nikolayeviçin cəbhəyə könüllü yazılması ailəsində çaşqınlıq yaradıb. Amma Oleq israrlı idi, havasını udduğu, suyunu içdiyi Vətəni qorumağa hazır idi:

"Ağdamda oğlum kürəyindən yaralanmışdı. Mən oğluma mane olmağa çalışırdım ki, getməsin. Dedi "ana, mənim üç komandirim şəhid olub, mən necə qalım? Bəs müharibə bitəndən sonra döyüş yoldaşlarım deməyəcəklər ki, qorxaqsan, bizi yarıda qoydun?! Qismət olar, gələrəm". Amma qismət olmadı, oğlum Şuşa döyüşlərində şəhid oldu".

Yelena xanım deyir ki, Azərbaycana nə vaxt köçdükləri barədə məlumatlı deyil. Ona görə də yaşadığı Şirvanı özünün vətəni hesab edir:
© Photo : Oleg MamontovVətən Müharibəsi iştirakçısı Oleq Mamontov əsgər yoldaşıları ilə birgə
Oleq Mamontov - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Vətən Müharibəsi iştirakçısı Oleq Mamontov əsgər yoldaşıları ilə birgə
"Buraya nə vaxt köçdüyümüz barədə məlumatım yoxdur. Biz cavan olanda tarix kitablarında heç nə yazılmırdı. İndi nəvələrimin tarix kitablarını oxuyuram, düşünürəm ki, yəqin ki, biz 18-ci əsrdə gəlmişik. Açığı, heç vaxt bu məsələ mənə maraqlı olmayıb. Biz bu torpaqda doğulmuşuq, bu torpaqda böyümüşük. Mənim övladlarımın bəzisi Rusiyadadır. İstəyirlər, gedib orada qalım. Amma mən istəmirəm".
Xəbər lenti
0