CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonaqlar hamısı gəldi, ev sahibi işə düşdü

© Pexels Anna SiracusaToy, arxiv şəkli
Toy, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Qayda pozuntusuna yol vermiş ev sahibləri A.İsmayılov və E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
BAKI, 7 noyabr - Sputnik. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, yoxlamalar zamanı rayonun Otmanoba və Məlikli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusuna yol vermiş ev sahibləri A.İsmayılov və E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Xəbər lenti
0