https://sputnik.az/20211107/prezident-lham-eliyev-susa-ile-bagli-serencam-imzaladi-434969527.html
Prezident İlham Əliyev Şuşa ilə bağlı Sərəncam imzaladı
Prezident İlham Əliyev Şuşa ilə bağlı Sərəncam imzaladı
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Şuşada 90 çarpayılıq mərkəzi xəstəxananın tikintisi ilə bağlı Sərəncamının icrası üçün Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat... 07.11.2021, Sputnik Azərbaycan
2021-11-07T17:29+0400
2021-11-07T17:29+0400
2021-11-07T18:13+0400
siyasət
prezident ilham əliyev
şuşa
mehriban əliyeva
sərəncam
birinci xanım mehriban əliyeva
şuşa şəhəri
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0a/434065531_0:144:3131:1905_1920x0_80_0_0_3397f0a626db18b14d4e09dd77511953.jpg
BAKI, 7 noyabr - Sputnik. Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, bu Sərəncamdan irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə tapşırılıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər, sonra Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.Həmçinin oxuyun:Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya gediblər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0a/434065531_200:0:2931:2048_1920x0_80_0_0_466fd7645fa38d75c6343bbca25eaa79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, şuşa, mehriban əliyeva, sərəncam, birinci xanım mehriban əliyeva, şuşa şəhəri
prezident ilham əliyev, şuşa, mehriban əliyeva, sərəncam, birinci xanım mehriban əliyeva, şuşa şəhəri
Prezident İlham Əliyev Şuşa ilə bağlı Sərəncam imzaladı
17:29 07.11.2021 (Yenilənib: 18:13 07.11.2021) Prezident İlham Əliyev Şuşada 90 çarpayılıq mərkəzi xəstəxananın tikintisi ilə bağlı Sərəncamının icrası üçün Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayırıb.
BAKI, 7 noyabr - Sputnik. Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, bu Sərəncamdan irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər, sonra Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.