Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Birinci Vitse-prezidentdən kövrək paylaşım

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfərə gəliblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfərə gəliblər
 - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Mehriban Əliyevanın paylaşımda bu sözlər yer alıb: "Yolun hər zaman açıq və işıqlı olsun, doğma Azərbaycan!".
BAKI, 7 noyabr — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşa şəhərinə səfərlə bağlı video paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda bu sözlər yer alıb: "Yolun hər zaman açıq və işıqlı olsun, doğma Azərbaycan!".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfər ediblər.
Dövlət başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
Həmçinin oxuyun:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya gediblər
Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməli qoyuldu
Dövlət başçısı və xanımı Şuşada üç məsciddə aparılan bərpa işləri ilə tanış olublar
Şuşada Mehmandarovların malikanə kompleksi bərpa edilir
Xəbər lenti
0