CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda unikal yenilik

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Bakı Metropolitenində elektrik enerjisi olmasa belə qatarlar stansiyalara çıxarılacaq, sərnişinlər təxliyə olunacaq.
BAKI, 7 noyabr - Sputnik. Bakı metropolitenində stansiyalar hətta şəhərdə işıqlar yanmayanda belə çalışacaq.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaydığı məlumata görə, enerji təminatının etibarlığı, siqnal və rabitə sistemlərinin dəqiqliyi, stansiya və tunellərin səmərəli havalandırılması olmadan, sərnişin texnikası və avtomatikası (eskalatorlar, travolatorlar, liftlər, gediş kartı aparatları, avtomat nəzarət-buraxılış məntəqələri, yanğın-mühafizə, videomüşahidə sistemləri və s.) lazımi səviyyədə işləməsə, hərəkətin təşkilindən, yüksək xidmət mədəniyyətindən, sərnişinlərin rahatlığı və təhlükəsizliyindən söz gedə bilməz.
Məlumatda həmçinin qeyd edilib ki, son 5-6 ildə metronun enerji təminatı bazasının möhkəmləndirilməsi, fövqəladə hallarda yeraltı yolların alternativ enerji mənbələrindən qidalanması sahəsində əsaslı işlər görülüb.
Depo ərazisində 2 yarımstansiya yeni bina ilə təmin olunmaqla müasir standartlar səviyyəsində qurulub. Eyni işlər “İçərişəhər”, Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” stansiyalarının elektrik təminatı bazalarında, digər dartı və alçaldıcı elektrik yarımstansiyalarında da yerinə yetirilib. Ən əsası, metropoliten stansiyaları hətta şəhərdə işıqlar yanmayanda belə çalışacaq.
Azərbaycan Prezidentinin 2018-ci ildə qarşıya qoyduğu əsas vəzifəyə nail olan metropolitençilər elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranacağı təqdirdə belə ilk əvvəl qatarların stansiyalara çıxarılması və sərnişinlərin təxliyəsini həyata keçirəcək. Daha sonra isə müvafiq qaydalara uyğun olaraq, yeni iş rejiminə keçməklə minimal tələblər çərçivəsində sərnişindaşıma fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
0