ELM

Simsiz qulaqlıqlar onkoloji xəstəliyin yaranmasına səbəb ola bilər

© Sputnik / Pavel Lvov / Mediabanka keçidQulaqlıqlar
Qulaqlıqlar - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi iddia edir ki, mobil telefonlardan və Blutuz cihazlarından gələn şüalar kanserogenlə bərabərdir.
BAKI, 6 noyabr — Sputnik. Alimlər tədqiqat nəticəsində simsiz qulaqlıqların onkoloji xəstəliyə səbəb ola biləcəyi qənaətinə gəliblər. AirPods və digər Blutuz qulaqlıqları elektromaqnit şüalanması səbəbindən beyinə təhlükəli təsir göstərir. Bu barədə "Al Arabiya" telekanalı məlumat verib.
Araşdırmaya görə, simsiz qulaqlıqlardan istifadə həmçinin hamilə qadınlar üçün də təhlükəlidir. Bu da doğulmamış uşağın düşmə riskinə və diqqət əskikliyi və hiperaktiv pozuntusu olan uşaqların doğulmasına səbəb olur.
2015-ci ildə bir neçə alim BMT-yə və ÜST-ə müraciət edərək elektromaqnit şüalanmasından qorunmaq üçün normativlərin qəbul edilməsini istəyiblər. "Bir sıra tədqiqatlar təsdiqləyib ki, Blutuz cihazları digərlərinə nisbətən daha az şüa yayır, ancaq onlar yenə də onkoloji xəstəliklərin və digər sağlamlıq problemlərin inkişaf riskini artırır", - deyə nəşr qeyd edib.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi iddia edir ki, mobil telefonlardan və Blutuz cihazlarından gələn şüalar kanserogenlə bərabərdir. Buna görə də bütün gün qulaqcıqdan istifadə etmək və onunla yuxuya getmək məsləhət deyil. Yəni söhbət bu cihazlardan tamamilə imtina etməkdən getmir, sui-istifadə etməkdən gedir.
Xəbər lenti
0