Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah əsl istirahət havası olacaq

© Sputnik / Murad OrujovBakıda məscid minarəsinə mənzərə, arxiv şəkli
Bakıda məscid minarəsinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
BAKI, 6 noyabr — Sputnik. Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturugecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Xəbər lenti
0