SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin köməkçisi: Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir

© Sputnik / Murad OrujovPrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Hikmət Hacəyev: İşğalçılıq siyasəti Ermənistanın müstəqilliyinə, iqtisadi potensialına zərər vurub. İki ölkə arasındakı sülh, eyni zamanda, onun inkişafına təkan verəcək.
BAKI, 6 noyabr — Sputnik. Yeni strategiya, təfəkkür çox vacibdir. Xüsusilə Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
"Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal etməyə köklənib, lakin uğursuzluğa düçar olub", - deyən Prezidentin köməkçisi qeyd edib ki, hazırda vəziyyət tamamilə dəyişib.

"İşğalçılıq siyasəti Ermənistanın müstəqilliyinə, iqtisadi potensialına zərər vurub. İki ölkə arasındakı sülh, eyni zamanda, onun inkişafına təkan verəcək. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına baxmayaraq, Ermənistan yaxşı qonşuluq münasibətləri qursa, ərazi iddialarına son qoysa, bu, ona xeyir gətirəcək".

Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.
Xəbər lenti
0