https://sputnik.az/20211106/energetika-naziri-qiymetlerin-daha-cox-artimina-ehtiyac-yoxdur-434947358.html
Energetika naziri: Qiymətlərin daha çox artımına ehtiyac yoxdur
Energetika naziri: Qiymətlərin daha çox artımına ehtiyac yoxdur
Sputnik Azərbaycan
Pərviz Şahbazov: Neftin bir barelinin qiymətinin 60-70 dollar civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər. 06.11.2021, Sputnik Azərbaycan
2021-11-06T13:46+0400
2021-11-06T13:46+0400
2021-11-06T14:13+0400
neft-qaz
qiymət
azərbaycan nefti
opek
energetika naziri
https://cdnn1.img.sputnik.az/img/42328/06/423280627_0:0:3065:1725_1920x0_80_0_0_b79a65e28f930c3ee5162a0d051e267a.jpg
BAKI, 6 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,85 dollar artaraq 84,84 dollar olub.London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,20 dollar artaraq 82,74 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,46 dollar bahalaşaraq 81,27 dollar olub.Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, neftin bir barelinin qiymətinin 60-70 dollar civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər.Azərbaycan OPEC+ üzrə gündəlik neft hasilatının növbəti ayda 400 min barrel artırılması üzrə konsensusa qoşulubOPEC+ ölkələri nazirlərinin noyabrın 4-də keçirilmiş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransında ünvanlanmış suallara cavabında deyib: “Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi, konsensus əsasında qəbul olunub və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.OPEC+ ölkələri nazirlərinin 23-cü iclasının dekabrın 2-də keçirilməsi razılaşdırılıb.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42328/06/423280627_166:0:2897:2048_1920x0_80_0_0_1ca1f56a1a27d125d79f7efab93852c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qiymət, azərbaycan nefti, opek, energetika naziri
qiymət, azərbaycan nefti, opek, energetika naziri
Energetika naziri: Qiymətlərin daha çox artımına ehtiyac yoxdur
13:46 06.11.2021 (Yenilənib: 14:13 06.11.2021) Pərviz Şahbazov: Neftin bir barelinin qiymətinin 60-70 dollar civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər.
BAKI, 6 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki,
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,85 dollar artaraq
84,84 dollar olub.
London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,20 dollar artaraq 82,74 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,46 dollar bahalaşaraq 81,27 dollar olub.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, neftin bir barelinin qiymətinin 60-70 dollar civarında olması Azərbaycan və həmçinin dünya iqtisadiyyatı üçün məqbul ola bilər.
“Qiymətlərin daha çox artımına ehtiyac yoxdur. Bu gün qiymətlər bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEC+ hər ay hasilatı artırır. Düşünürəm ki, bu, qiymətlərə bir qədər təsir edəcək”, - deyə P.Şahbazov vurğulayıb.
Azərbaycan OPEC+ üzrə gündəlik neft hasilatının növbəti ayda 400 min barrel artırılması üzrə konsensusa qoşulub
OPEC+ ölkələri nazirlərinin noyabrın 4-də keçirilmiş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.
Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransında ünvanlanmış suallara cavabında deyib: “Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi, konsensus əsasında qəbul olunub və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.
OPEC+ ölkələri nazirlərinin 23-cü iclasının dekabrın 2-də keçirilməsi razılaşdırılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.