https://sputnik.az/20211106/ekspert-diplomatik-masada-bas-verenlerin-az-bir-hisesi-metbuata-bellidir-434940757.html
Ekspert: Diplomatik masada baş verənlərin az bir hissəsi mətbuata bəllidir
Ekspert: Diplomatik masada baş verənlərin az bir hissəsi mətbuata bəllidir
Sputnik Azərbaycan
Arzu Nağıyev: Sülh müqaviləsinin imzalanması ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü BMT-nin qəbul etdiyi kimi tanımış olacaq. 06.11.2021, Sputnik Azərbaycan
2021-11-06T14:45+0400
2021-11-06T14:45+0400
2021-11-06T15:34+0400
danışıqlar
siyasət
ərazi bütövlüyü
ermənistan
azərbaycan
tanınma
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_0:115:3500:2084_1920x0_80_0_0_fa735ca7d76b4e10bad3de032cf21ff1.jpg
BAKI, 5 noyabr — Sputnik. “Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.Ermənistan Xarici işlər nazirinin müavini Vaqe Qevorkyan isə mətbuata açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılmır.Sputnik Azərbaycan Azərbaycan-Ermənistan arasında proseslərin hazırkı vəziyyəti ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyevin və QAFSAM-ın sədr müavini, siyasi şərhçi Nazim Cəfərsoyun fikirlərini öyrənib.Millət vəkili Arzu Nağıyev bildirib ki, sülh müqaviləsinin imzalanması ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü BMT-nin qəbul etdiyi kimi tanımış olacaq. Onun sözlərinə görə, sülh müqaviləsinin əsas məqamı ərazi bütövlüyümüzün Ermənistana qəbul etdirilməsidir:Arzu Nağıyev deyib ki, bu gün müxtəlif səviyyələrdə aparılan danışıqlara baxdıqda düşünmək olar ki, əsas məqam dəhlizlərin açılması ilə bağlıdır və bununla da gələcək proseslərə təməl qoyulması nəzərdə tutulur.Son vaxtların ABŞ regionda artan fəallığına diqqət çəkən milllət vəkili bildirib ki, bu da proseslərin inkişaf istiqamətinə təsir baxımından öz işini görür:QAFSAM-ın sədr müavini, siyasi şərhçi Nazim Cəfərsoyun fikrincə isə hər iki tərəfdən verilən açıqlamalar taktiki xarakter daşıyır:Siyasi şərhçi hesab edir ki, Ermənistan tərəfindən verilən açıqlamalardakı ikibaşlılıq da ictimai rəyi çaşdırmaq və ya yönləndirmək xarakteri daşıyır:Sərhədlərin müəyyənləşdirilməsinin hansı xəritələrin üzərində aparılacağı ilə bağlı müzakirələrə diqqət çəkən siyasi şərhçi düşünür ki, bu, artıq məsələnin birinci tərəfinin yəni kommunikasiyaların açılması hissəsinin başa çatdığını göstərir:“Zənnimcə xəritələrlə bağlı da ciddi addımlar atılmaqdadır. Bəzən mətbuata ötürülən açıqlamalar bilərəkdən ziddiyyətli olur. Xüsusən belə informasiyalara Ermənistan mətbuatında rast gəlinir. Onlar bununla ictimai rəyi gələcək prosesə hazırlayırlar. Bu baxımdan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı mərhələli müqavilələrin imzalanmasını görə bilərik”.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41234/66/412346665_292:0:3500:2406_1920x0_80_0_0_ee6fc332c2f0a7456d22877274e630d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
danışıqlar, ərazi bütövlüyü, ermənistan, azərbaycan, tanınma
danışıqlar, ərazi bütövlüyü, ermənistan, azərbaycan, tanınma
Ekspert: Diplomatik masada baş verənlərin az bir hissəsi mətbuata bəllidir
14:45 06.11.2021 (Yenilənib: 15:34 06.11.2021) Arzu Nağıyev: Sülh müqaviləsinin imzalanması ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü BMT-nin qəbul etdiyi kimi tanımış olacaq.
BAKI, 5 noyabr — Sputnik. “Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
Ermənistan Xarici işlər nazirinin müavini Vaqe Qevorkyan isə mətbuata açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar aparılmır.
Sputnik Azərbaycan Azərbaycan-Ermənistan arasında proseslərin hazırkı vəziyyəti ilə bağlı Milli Məclisin deputatı
Arzu Nağıyevin və QAFSAM-ın sədr müavini, siyasi şərhçi
Nazim Cəfərsoyun fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, sülh müqaviləsinin imzalanması ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü BMT-nin qəbul etdiyi kimi tanımış olacaq. Onun sözlərinə görə, sülh müqaviləsinin əsas məqamı ərazi bütövlüyümüzün Ermənistana qəbul etdirilməsidir:
“Delimitasiya və demarkasiya məsələsi ərazi bütövlüyü tanındıqdan sonra həyata keçirilməlidir. Hər hansı sənədin imzalanacağı haqqında mətbuatda yazılan iddialara gəldikdə onu deyə bilərəm ki, belə bir sənəd dəhlizlərlə bağlı məsələnin həllini özündə ehtiva edəcək. Burada Zəngəzur dəhlizinin fəaliyyətinin bərpası və Qazax istiqamətində kommunikasiyaların açılması əks oluna bilər. Bunlar ən vacib məqamlardır”.
Arzu Nağıyev deyib ki, bu gün müxtəlif səviyyələrdə aparılan danışıqlara baxdıqda düşünmək olar ki, əsas məqam dəhlizlərin açılması ilə bağlıdır və bununla da gələcək proseslərə təməl qoyulması nəzərdə tutulur.
Son vaxtların ABŞ regionda artan fəallığına diqqət çəkən milllət vəkili bildirib ki, bu da proseslərin inkişaf istiqamətinə təsir baxımından öz işini görür:
“ABŞ rəsmisinin regionda davam edən hazırkı səfəri də proseslərə təsir edən amil kimi qiymətləndirilə bilər. Ermənistan ABŞ-ın timsalında Qərblə müəyyən siyasi oyunlar oynayır. Məhz bu ərəfədə səfirlərin İrəvana getməsi və Rusiya prezidentinin verdiyi bəyanatlar göstərir ki, Ermənistan nəsə planlaşdırır. Onlar Azərbaycan üçün qəbul edilməz olan status məsələsi barədə də xülyalara qapılıblar. Ancaq bunun baş verməsi mümkün deyil”.
QAFSAM-ın sədr müavini, siyasi şərhçi Nazim Cəfərsoyun fikrincə isə hər iki tərəfdən verilən açıqlamalar taktiki xarakter daşıyır:
“Bəzi açıqlamalar isə mövcud real vəziyyəti əks elətdirməkdən uzaqdır. Azərbaycan sülh təklif etsə də, zənnimcə, biz daha irəli nöqtədəyik. Düşünürəm ki, artıq tərəflər arasında müzakirələr gedir və bunu deməyə də əvvəlki açıqlamalar əsas yaradır. Diplomatik masada və kulis arxasında baş verənlərin az bir hissəsi mətbuata bəllidir”.
Siyasi şərhçi hesab edir ki, Ermənistan tərəfindən verilən açıqlamalardakı ikibaşlılıq da ictimai rəyi çaşdırmaq və ya yönləndirmək xarakteri daşıyır:
“Son baş verənlər də, rəsmi şəxslərin birbaşa təmasları, Rusiya XİN rəhbərinin Bakı və İrəvana etdiyi zənglər proseslərdə dinamikanın qorunduğuna işarə edir. Bir də, tərəflərin heç bir tərəfindən inkar edilməyən ölkə liderlərinin görüşəcəyi iddiaları var. Mən düşünürəm ki, Ermənistan hakimiyyəti real siyasi vəziyyəti anlayır. Amma bunu birmənalı şəkildə etiraf etmirlər. Çünki Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi ilə Qarabağ məsələsi erməni cəmiyyəti üçün bitmiş olacaq. Bu da möcud hakimiyyətin daxili siyasətdə ciddi güc balansı itirməsinə səbəb ola bilər. Bu baxımdan Ermənistanın birdən-birə Qarabağın Azərbaycanın tərkib hissəsi olması gerçəkləyini qəbul edəcəyinin real olmadığını düşünürəm”.
Sərhədlərin müəyyənləşdirilməsinin hansı xəritələrin üzərində aparılacağı ilə bağlı müzakirələrə diqqət çəkən siyasi şərhçi düşünür ki, bu, artıq məsələnin birinci tərəfinin yəni kommunikasiyaların açılması hissəsinin başa çatdığını göstərir:
“Zənnimcə xəritələrlə bağlı da ciddi addımlar atılmaqdadır. Bəzən mətbuata ötürülən açıqlamalar bilərəkdən ziddiyyətli olur. Xüsusən belə informasiyalara Ermənistan mətbuatında rast gəlinir. Onlar bununla ictimai rəyi gələcək prosesə hazırlayırlar. Bu baxımdan sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı mərhələli müqavilələrin imzalanmasını görə bilərik”.