https://sputnik.az/20211106/azerbaycanda-erzaq-tehlukesizliyinin-temini-ucun-456-milyon-manat-ayrilacaq-434950126.html
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün 456 milyon manat ayrılacaq
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün 456 milyon manat ayrılacaq
Sputnik Azərbaycan
İşğaldan azad olunmuş ərazilər üzrə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınacaq. 06.11.2021, Sputnik Azərbaycan
2021-11-06T21:13+0400
2021-11-06T21:13+0400
2021-11-06T21:13+0400
iqtisadiyyat
kənd təsərrüfatı
vəsait
ərzaq təhlükəsizliyi
aqrar
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122625_0:0:3073:1728_1920x0_80_0_0_4303579317d46050ed06e6bae82bc330.jpg
BAKI, 6 noyabr — Sputnik. Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilər üzrə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 456,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.Sputnik Azərbaycan-ın məlumatına görə, bu da 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 45,4 milyon manat və ya 11,0 faiz çoxdur.Həmin vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, hər arı ailəsinə (pətəyə) görə verilən arı, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi proqnozlaşdırılır.Müştərək aqrar sığorta fəaliyyəti üzrə sığorta haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə 3,2 milyon manat, kənd təsərrüfatı məqsədilə yetişdirilən və saxlanılan heyvanların sığortası üzrə 2,2 milyon manat məbləğində olmaqla toplam olaraq 5,4 milyon manat məbləğində vəsait nəzərdə tutulub.2022-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 997,3 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 54,3 milyon manat və ya 5,8 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə135,1 milyon manat və ya 15,7 faiz çoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122625_0:0:2731:2048_1920x0_80_0_0_289810cee64934e564a88320c9553862.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd təsərrüfatı, vəsait, ərzaq təhlükəsizliyi, aqrar
kənd təsərrüfatı, vəsait, ərzaq təhlükəsizliyi, aqrar
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün 456 milyon manat ayrılacaq
İşğaldan azad olunmuş ərazilər üzrə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınacaq.
BAKI, 6 noyabr — Sputnik. Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilər üzrə yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 456,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu da 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 45,4 milyon manat və ya 11,0 faiz çoxdur.
Həmin vəsait hesabına fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, hər arı ailəsinə (pətəyə) görə verilən arı, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi proqnozlaşdırılır.
Müştərək aqrar sığorta fəaliyyəti üzrə sığorta haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə 3,2 milyon manat, kənd təsərrüfatı məqsədilə yetişdirilən və saxlanılan heyvanların sığortası üzrə 2,2 milyon manat məbləğində olmaqla toplam olaraq 5,4 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
2022-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 997,3 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 54,3 milyon manat və ya 5,8 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə135,1 milyon manat və ya 15,7 faiz çoxdur.