CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistana təzyiq göstərilməlidir - Zəfər Günü ilə bağlı Milli Məclisin Bəyanatı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBakıda parad
Bakıda parad - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
44 gün ərzində 30 illik işğala son qoyulması ilə son 200 ilə yaxın dövrdə Azərbaycan xalqına bəlalar gətirən erməni şovinizminə böyük zərbə endirildi.
BAKI, 5 noyabr — Sputnik. 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı parlamentdə müzakirə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Bəyanat müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Bəyanatı deputat Cavid Osmanov səsləndirib.
Bəyanatda qeyd olunur ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində 30 il ərzində işğal altında qalan torpaqlarımızı azad etdi: "Bu bir əsrin hüdudlarına sığmayan bir qələbədir. 44 gün ərzində 30 illik işğala son qoyulması ilə son 200 ilə yaxın dövrdə Azərbaycan xalqına bəlalar gətirən erməni şovinizminə böyük zərbə endirildi".
Bəyanatda bildirilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizin ilk ildönümü qeyd ediləcək.
Ermənilər 200 ilə yaxın bir dövrdə “dənizdən-dənizə” siyasətini yürüdərək müxtəlif illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Sovet hakimiyyəti illərində də azərbaycanlılara qarşı düşmənçilik siyasəti davam etdirilib. Ermənilərin havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb, qərbi azərbaycanlılar öz yurd-yuvalarından qovulublar. 1988-ci ildə başladıqları və 1992-ci ildə yekunlaşdırdıqları işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt olunub. İşğal nəticəsində 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb, XX əsrin ən dəhşətli qətliamı - Xocalı faciəsi törədilib.
Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll olunmasına çalışsa da, Ermənistan bununla razılaşmayıb. Cəzasız qalan Ermənistan ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürərək yeni müharibə niyyətində olduğunu bildirib. Nəhayət, Azərbaycan 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarına riayət edərək əks-hücum əməliyyatına başlayıb və 44 gün ərzində öz ərazi bütövlüyünü bərpa edib. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb. Azərbaycan Zəfərindən sonra regionda yeni reallıq yaradıb.
Azərbaycan Milli Məclisi bəyan edir ki, beynəlxalq ictimaiyyət Ermənistana öz çirkin niyyətlərindən əl çəkmək üçün təzyiq göstərməlidir.
Xəbər lenti
0