CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibə Qafarova: Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıq yaratdı

© Photo : REPORTSahibə Qafarova, arxiv şəkli
Sahibə Qafarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı parlamentdə müzakirə edilir.
BAKI, 5 noyabr — Sputnik. 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı parlamentdə müzakirə edilir.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfəri tarixi Qələbədir. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə həm də regionda yeni reallıq yaratdı. Bu reallıq təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar yaradıb.
Azərbaycan öz tarixi qələbəsi ilə dövlətimizin inkişafına və təhlükəsizliyinə maneə olan Ermənistanı diz çökdürdü, beynəlxalq təşkilatların və dünya ölkələrinin edə bilmədiyini bacardı.
Milli Məclisin sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqın maraqları əsasında qurulan dövlət siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan bu gün dünyada kifayət qədər tanınır və söz sahibidir.
Sahibə Qafarova Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və böyük sərkərdəlik məharəti nəticəsində Azərbaycanın qüdrəti gündən-günə artır, Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bizim gücümüz birliyimizdədir. Çünki xalq-iqtidar birliyinin, güclü ordunun qarşısında düşmən tab gətirə bilmədi və qarşımızda diz çökdü.
Milli Məclisin sədri vurğulayıb ki, biz hamımız Vətən üçün canından keçən şəhidlərimizə borcluyuq.
Milli Məclis 8 Noyabr - Zəfər Günü bəyanatının hazırlanması üçün komissiya yaradıb. Komissiyanın sədri vəzifəsinə Milli Məclisin sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin namizədliyi irəli sürülüb və təsdiqlənib.
Xəbər lenti
0