https://sputnik.az/20211105/sadliq-sarayinin-sahibi-hebs-olundu-434904539.html
Şadlıq sarayının sahibi həbs olundu
Şadlıq sarayının sahibi həbs olundu
Sputnik Azərbaycan
BAKI, 5 noyabr — Sputnik. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejiminin qayda və... 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T10:30+0400
2021-11-05T10:30+0400
2021-11-05T10:46+0400
hadisə
həbs
ucar
rəhbər
şadlıq evi
karantin
azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 5 noyabr — Sputnik. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejiminin qayda və tələblərinin pozulması hallarını aşkarlayıblar.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun Bərgüşad kəndində yerləşən “Bərgüşad” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və 250 nəfər qonağın məclisdə iştirak etməsi müəyyən olunub.Şöbə əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozan şadlıq evinin inzibatçısı Məcid Xəlilli barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.Bundan əlavə, keçirilən monitorinq zamanı adı çəkilən şadlıq evində 16 yaşından aşağı olan yeniyetmələri əmək müqaviləsi olmadan çalışdıqları da aşkarlanıb. Bu qayda pozuntusu ilə bağlı M.Xəlilli barəsində toplanmış materiallar inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbs, ucar, rəhbər, şadlıq evi, karantin, azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
həbs, ucar, rəhbər, şadlıq evi, karantin, azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
BAKI, 5 noyabr — Sputnik. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejiminin qayda və tələblərinin pozulması hallarını aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun Bərgüşad kəndində yerləşən “Bərgüşad” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və 250 nəfər qonağın məclisdə iştirak etməsi müəyyən olunub.
Şöbə əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozan şadlıq evinin inzibatçısı Məcid Xəlilli barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.
Bundan əlavə, keçirilən monitorinq zamanı adı çəkilən şadlıq evində 16 yaşından aşağı olan yeniyetmələri əmək müqaviləsi olmadan çalışdıqları da aşkarlanıb. Bu qayda pozuntusu ilə bağlı M.Xəlilli barəsində toplanmış materiallar inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.