SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstandan İlham Əliyevə məktub

İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Kasım-Jomart Tokayev həmkarı İlham Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan "Zəgər günü" münasibətilə təbrik edib.
BAKI, 5 noyabr - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Sputnik Azərbaycan xəbər verir ki, məktubda Tokayev Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan "Zəgər günü" münasibətilə təbrik edib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayramınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır.
İnanıram ki, Azərbaycan Sizin güclü rəhbərliyinizlə davamlı inkişaf və tərəqqi yolu ilə inamla irəliləyəcək, Qazaxıstan-Azərbaycan dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq münasibətləri isə xalqlarımızın rifahı və mənafeyi naminə bundan sonra da dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə məsul dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycana firavanlıq və tərəqqi arzulayıram".
Həmçinin oxuyun:
İlham Əliyev inauqurasiya günü ərəfəsində özbək həmkarına zəng edib
Xəbər lenti
0