Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Vətən müharibəsində şəhid olmuş bir qrup hərbi qulluqçunu təltif edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Prezident İlham Əliyev şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
BAKI, 5 noyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ölümündən sonra aşağıdakı orden və medallarla təltif ediliblər:
“Azərbaycan Bayrağı” ordeni ilə
3-cü dərəcəli “Rəşadət” ordeni ilə
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
“Vətən uğrunda” medalı ilə
“İgidliyə görə” medalı ilə
“Cəsur döyüşçü” medalı ilə
“Döyüşdə fərqlənməyə görə” medalı ilə
“Suqovuşanın azad olunmasına görə” medalı ilə
“Cəbrayılın azad olunmasına görə” medalı ilə
“Xocavəndin azad olunmasına görə” medalı ilə
“Füzulinin azad olunmasına görə” medalı ilə
“Qubadlının azad olunmasına görə” medalı ilə
“Şuşanın azad olunmasına görə” medalı ilə
“Kəlbəcərin azad olunmasına görə” medalı ilə
“Ağdamın azad olunmasına görə” medalı ilə
“Laçının azad olunmasına görə” medalı ilə
Vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin orden və medallarla təltif edilmiş hərbi qulluqçularının siyahısı ilə bu linkdən tanış ola bilərsiz:
https://president.az/articles/53987
Xəbər lenti
0