Küncüt toxumlarının orqanizmə faydası və zərəri
© AR Ministry of AgricultureAzərbaycanda küncüt yığımı, arxiv şəkli
© AR Ministry of Agriculture
Abunə olmaq
BAKI, 5 noyabr — Sputnik. Küncüt toxumları yüksək xolesterini olan insanlar üçün ən yaxşı məhsuldur, ancaq onları gündəlik qidada qəbul etmək olmaz. Bu barədə RİA Novosti-yə nutrisioloq Anna Drobışeva bildirib.
Mütəxəssis yağ mübadiləsini normallaşdırmaq və xolesterinin səviyyəsini azaltmaq üçün küncütdən istifadə etməyi məsləhət görüb
"Küncüt toxumları dəmir, maqnezium, sink, mis, fosfor və lifin mükəmməl mənbəyidir və onun tərkibində süddən yeddi dəfə çox kalsium var. Küncütü gündəlik yemək olmaz, çünki onun toxumlarında qanın laxtalanmasını artıran maddələr var. Ancaq həftədə bir neçə dəfə rasiona bir xörək qaşığı küncüt əlavə etmək olar, bununla da o, orqanizmi antioksidantlar və fitoestrogenlərlə zənginləşdirir", - deyə mütəxəssis bildirib.