CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı yüz minədək uşaq 10-dan çox istiqamət üzrə sosial ödənişlərlə əhatə edilib

© Sputnik / Irade JELILXırdalanda uşaqlar, arxiv şəkli
Xırdalanda uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaxın aylarda Şəmkir və Qəbələdə də uşaq reabilitasiya müəssisələrinin açılacağını vurğulayıb.
BAKI, 5 noyabr — Sputnik. Uşaqlarla bağlı 10-dan çox istiqamət üzrə sosial ödənişlər edilib, 600 minədək uşaq bu ödənişlərlə əhatə olunub.
Sputnik Azərbaycan-ın nazirliyə istinadən xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqlarla görüş zamanı deyib.
O, həmçinin uşaqlar üçün fəaliyyət göstərən sosial xidmət və reabilitasiya müəssisələrindən bəhs edib. Onların müasir tələblərə uyğun qurulduğunu, yaxın aylarda Şəmkir və Qəbələdə də uşaq reabilitasiya müəssisələrinin açılacağını vurğulayıb.
Nazirliyin sifarişi ilə uşaqlarla bağlı həyata keçirilən sosial layihələrdən bəhs edən S.Babayev övladlığagötürmə sahəsində idarəetmənin artıq iki ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyini qeyd edib. O bildirib ki, qeyd olunan müddətdə 131 uşaq övladlığa verilib, övladlığagötürmə prosesinin e-infrastrukturu qurulub, uşaqlar övladlığa verildikdən sonra da onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət edilib.
Xəbər lenti
0