https://sputnik.az/20211104/xn-bascisi-azerbaycan-ermenistan-serhedindeki-veziyyetden-danisib-434884017.html
XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb
XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb
Sputnik Azərbaycan
Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T16:16+0400
2021-11-04T16:16+0400
2021-11-04T16:16+0400
sərhəd
siyasət
azərbaycan xin
ceyhun bayramov
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427394790_0:0:3072:1728_1920x0_80_0_0_9f5eeeb2b09f482a175b62b4c2ebbb8c.jpg
BAKI, 4 noyabr — Sputnik. "Ermənistan-Azərbaycan arasında post-münaqişə dövrünə aid olan bir sıra məsələlər var. Bura nəqliyyat, kommunikasiya xətlərinin açılması məsələsi də daxildir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda yer alıb". Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.O xatırladıb ki, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası keçirilməyib: "Ümumilikdə bu, normal hal deyil. Dövlət sərhədlərinin müəyyənləşdirilməsinin sivil qaydaları var. Humanitar tipli məsələlər də var. Üçtərəfli bəyanatda həmçinin xəritələrin təhvil verilməsi də yer alıb. Bu istiqamətdə bir çox təşəbbüslər də mövcuddur. Qonşu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik. Mövqeyimiz ədalətlidir. Beynəlxalq norma və prinsiplər əsasında biz hər zaman münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq. Təbii ki, gələcəkdə belə görüşlərin keçirilməsi istisna deyil".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427394790_341:0:3072:2048_1920x0_80_0_0_19020765b6dd1170f0812535e8e6c834.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, azərbaycan xin, ceyhun bayramov, azərbaycan və ermənistan arasında müharibə
sərhəd, azərbaycan xin, ceyhun bayramov, azərbaycan və ermənistan arasında müharibə
XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən danışıb
Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik.
BAKI, 4 noyabr — Sputnik. "Ermənistan-Azərbaycan arasında post-münaqişə dövrünə aid olan bir sıra məsələlər var. Bura nəqliyyat, kommunikasiya xətlərinin açılması məsələsi də daxildir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda yer alıb". Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O xatırladıb ki, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası keçirilməyib: "Ümumilikdə bu, normal hal deyil. Dövlət sərhədlərinin müəyyənləşdirilməsinin sivil qaydaları var. Humanitar tipli məsələlər də var. Üçtərəfli bəyanatda həmçinin xəritələrin təhvil verilməsi də yer alıb. Bu istiqamətdə bir çox təşəbbüslər də mövcuddur.
Qonşu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təşəbbüslər irəli sürülür. Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlarla bağlı çağırışlara hər zaman cavab vermişik. Mövqeyimiz ədalətlidir. Beynəlxalq norma və prinsiplər əsasında biz hər zaman münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq. Təbii ki, gələcəkdə belə görüşlərin keçirilməsi istisna deyil".