DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Azərbaycanla bağlı Rusiya ilə fəal surətdə əlaqədədir - Çavuşoğlu

© AFP 2023 / KARIM JAAFARМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
Türkiyəli nazir bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra bölgədə uzunmüddətli sülh üçün tarixi imkan yaranıb.
BAKI, 4 noyabr - Sputnik. Türkiyə bir çox aktual məsələlərə dair, o cümlədən Suriya, Liviya və Qarabağdakı (Azərbaycan - red.qeydi) vəziyyətlə bağlı Rusiya ilə sıx əlaqədədir. Anadolu agentliyinin verdiyi məlumata görə bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada parlamentin planlaşdırma və büdcə komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, iki ölkənin mövqelərində fərqlər var, lakin tərəflər milli maraqlardakı həssas məqamları nəzərə almaqla konstruktiv dialoq istiqamətinə sadiqdirlər.
Cənubi Qafqazda vəziyyətə toxunan nazir bildirib ki, adıçəkilən regionda dəyişikliklər və yeniliklərə ümid yaranıb.

"Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra bölgədə uzunmüddətli sülh üçün tarixi imkan yaranıb", - deyə türkiyəli diplomat bildirib.

Çavuşoğlu onu da deyib ki, Ankara Yerevanla münasibətlərin normallaşdırılmasına hazırdır.

"Biz ümidvarıq ki, Ermənistan bölgədə sülh və inkişaf bu imkandan yararlanacaq", - deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Xəbər lenti
0