Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Restoran kuryerləri ”Kalmar oyunu” serialındakı geyimdə

Abunə olmaq
“Tanuki” restoranlar şəbəkəsi öz kuryerlərinə Koreyanın məhşur “Kalmar oyunu” serialının qəhrəmanlarının geyimlərini geyindirməklə yeni müştəriləri cəlb etmək qərarına gəlib
Şirkətin marketinq üzrə direktoru Stanislav Koloskov Moskvada bu ideyanın həyata keçirilməsi və ətrafdakıların yeniliyə reaksiyası barədə danışıb.
“Marketinq baxımından bu hekayətlə bağlı nəsə etməmək məntiqsiz olardı”, - deyə Koloskov qeyd edib.
Marketoloq bildirib ki, ətrafdakıların kostyumlu kuryerlərə müsbət reaksiyasından sonra onların sayı 20-dən 30-a çatıb. Bundan əlavə, Koloskov əlavə edib ki, bu yenilik indiyədək heç bir mənfi rəyə səbəb olmayıb:
“Bununla bağlı çox yaxşı cavablar var. Kuryerlərdən əlavə, biz bu serialda hamıya məlum olan işarəli kartları da sifarişə əlavə edirik. İnsanlar bunun nə olduğunu soruşurlar. Onların buna çox böyük marağı var”.
O, əlavə edib ki, kuryerlərin özləri də yeni geyimdən razıdırlar, onun rahatlığını və ətrafdakılar üçün cəlbedici olmasını qeyd edirlər.
Xəbər lenti
0