https://sputnik.az/20211104/avropa-ttifaqi-xirdalana-pul-ayirdi-434885923.html
Avropa İttifaqı Xırdalana pul ayırdı
Avropa İttifaqı Xırdalana pul ayırdı
Sputnik Azərbaycan
Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 avroya qədər qrant alacaq. 04.11.2021, Sputnik Azərbaycan
2021-11-04T22:31+0400
2021-11-04T22:31+0400
2021-11-04T22:31+0400
xırdalan
cəmiyyət
avropa ittifaqı
pul
https://cdnn1.img.sputnik.az/img/42248/09/422480961_0:168:1664:1104_1920x0_80_0_0_f95cb75a97feb6281434103cdbadc7da.jpg
BAKI, 4 noyabr — Sputnik. Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq.Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci ilin may ayında başlayan qrant müraciətləri üçün müsabiqə "Avropa Mədəniyyət Paytaxtları"nın yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır.Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan aşağıdakı 3 şəhər seçilib: Şəki, Xırdalan və Lənkəran.Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 000 avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 avroya qədər qrant alacaq.Tədbirdə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri, Mədəniyyət Nazirliyinin şöbə müdiri, Dövlət Turizm Agentliyinin nümayəndələri, üç qalib şəhərin icra başçıları, EU4Culture layihəsinin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko seçilmiş şəhərlərin İcra Başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42248/09/422480961_0:0:1664:1248_1920x0_80_0_0_c31b1b6c3183ccd9f972ddc4350a92f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xırdalan, avropa ittifaqı, pul
xırdalan, avropa ittifaqı, pul
Avropa İttifaqı Xırdalana pul ayırdı
Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 avroya qədər qrant alacaq.
BAKI, 4 noyabr — Sputnik. Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021-ci ilin may ayında başlayan qrant müraciətləri üçün müsabiqə
"Avropa Mədəniyyət Paytaxtları"nın yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır.
Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan aşağıdakı 3 şəhər seçilib: Şəki, Xırdalan və Lənkəran.
Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 000 avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 avroya qədər qrant alacaq.
Tədbirdə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri, Mədəniyyət Nazirliyinin şöbə müdiri, Dövlət Turizm Agentliyinin nümayəndələri, üç qalib şəhərin icra başçıları, EU4Culture layihəsinin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko seçilmiş şəhərlərin İcra Başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edəcək.