CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda avtomobillə gənci vurub qaçan sürücü saxlanılıb

© Sputnik / Anar MustafayevƏli qandallanmış kişi, arxiv şəkli
Əli qandallanmış kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.11.2021
Abunə olmaq
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "VAZ-21074" markalı avtomobillə törədilməsi müəyyən edilib.
BAKI, 4 noyabr — Sputnik. Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 1-də saat 18 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Atyalı qəsəbə sakini, 15 yaşlı S.Balakişiyeva vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "VAZ-21074" markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Şamaxı rayon sakini H.Həsənov saxlanılıb.
Xəbər lenti
0