CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaponiya İmperatoru azərbaycanlı müəllimi mükafatlandırdı

© AFP 2023 / HANDOUT / Imperial Household AgencyYaponiya imperatoru Naruhito, arxiv şəkli
Yaponiya imperatoru Naruhito, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
BAKI, 3 noyabr — Sputnik. Yaponiya Hökuməti bu gün 2021-ci il payız mövsümü üzrə Orden ilə təltif edilmiş xarici vətəndaşların adlarını elan edib. Sputnik Azərbaycan xəbər verir ki, təltif edilən xarici vətəndaşlar arasında Azərbaycandan olan müəllim də var.
Azərbaycandan Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Uzaq Şərq dilləri və Ədəbiyyatı Kafedrasının Müdiri Professor Oqtay Cəlilbəyli bu mükafata layiq görülüb.
Professora Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun, Gold Rays with Rosette) verilib.
Oqtay Cəlilbəyli Azərbaycan Respublikasında yapon dili və yapon mədəniyyətinin davamlı təbliğatına və Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
Xarici vətəndaşların orden ilə təltif edilməsi, Yaponiya ilə dostluq əlaqələrinin inkişafında böyük əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.
Yaxın zamanda, Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahibinə orden və diplomun təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Xəbər lenti
0