Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazlı qadın alverçisi həbs edildi

© AFP 2024 / RAUL ARBOLEDAЖенщины, занимающаяся проституцией, фото из архива
Женщины, занимающаяся проституцией, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BAKI, 3 noyabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Xaçmaz rayon sakinini həbs edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Xaçmaz rayon sakini Əlimuradova Nurəsdə Nusrəddin qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları ölkə sərhədindən kənara çıxararaq cinsi istismara məruz qoyması faktı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən, Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3, 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xəbər lenti
0