DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

WhatsApp məşhur funksiyanı təkmilləşdirəcək

© Depositphotos.com / Denys PrykhodovWhatsApp tətbiqinin loqosu, arxiv şəkli
WhatsApp tətbiqinin loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
BAKI, 3 noyabr — Sputnik. Məşhur messencer WhatsApp çatda mesajın silinməsi funksiyasının iş prinsipini dəyişmək niyyətindədir. Tətbiqin beta sınağı haqda "WABetaInfo" məlumat verir.
WhatsApp artıq istifadəçilərə həmsöhbətinə göndərdiyi mesajı ancaq bir saat ərzində silmək imkanı verir. İndi şirkət mesajın silinmə müddətini uzada biləcək funksiyanı sınaqdan keçirir.
Tərtibatçılar müddəti iki aya qədər uzatmaq niyyətindədirlər. Yeni funksiyanın işə salınmasından əvvəl göndərilən mesajlar üçün bu seçimin işləyib-işləməyəcəyi məlum deyil.
Hələ ki, bu funksiya yalnız Android və iOS üzrə proqramı beta testerləri üçün mövcuddur. Daha sonra bu seçim WhatsApp-ın ictimai versiyasında istifadəyə veriləcək.
Xəbər lenti
0