Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vergini bu tarixədək ödəməsəniz...

© Sputnik / Murad OrujovVergi Məcəlləsi
Vergi Məcəlləsi - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105%-i qədər hesabdakı valyuta vəsaitini donduracaq.
BAKI, 3 noyabr — Sputnik. Azərbaycanda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti 6 aya qədər uzadıla bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, bu müddət vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilərdi.
Bundan başqa, vergi öhdəliyinin razılaşdırılmış qrafiki hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə, həmçinin möhlət verilən dövr ərzində möhlət verilmiş borcun 75%-i ödənildiyi halda 1 il və 85.10.2 maddəsində müəyyən edilən müddətdə 2 ilə qədər yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.
Vergi borcuna görə xarici valyutada olan hesab tam dondurulmayacaq!
Həmçinin Azərbaycanda vergi borcuna görə maliyyə sanksiyaları vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə bank, bank olmayan kredit təşkilatı və yaxud poçt rabitəsinin milli operatoru (indiki halda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC) Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105%-i qədər hesabdakı valyuta vəsaitini donduracaq.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, maliyyə sanksiyalarının vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə, hesabdakı valyuta xarici valyuta vəsaiti tam dondurulur.
Vergi ödəyiciləri kod-paroldan 2025-ci ilə qədər istifadə edəcək.
Daha bir dəyişiklik təklifinə görə, Azərbaycanda vergi ödəyicilərinin elektron kabinetə daxil olarkən istifadə etdiyi kod-parolun son istifadə müddəti müəyyən edilib. Müvafiq qanun layihəsinə əsasən, sözügedən kod-parollar 1 yanvar 2025-ci ilə qədər qüvvədə olacaq.
Həmçinin oxuyun:
Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi
Gözəllik salonu və kosmetoloji mərkəzlərə kassa qoyulacaq - Yeni tələb
Xəbər lenti
0