DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə 98 terrorçu zərərsizləşdirildi

© AFP 2023 / DELIL SOULEIMANTürkiyə ordusu, arxiv şəkli
Türkiyə ordusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Təkcə oktyabr ayı ərzində Türkiyədə və xaricdə 27 əməliyyat keçirilib ki, bu əməliyyatlar zamanı da 279 terrorçu zərərsizləşdirilib.
BAKI, 3 noyabr — Sputnik. Türkiyədə ölkə daxilində həyata keçirilən əməliyyatlar zamanı 98 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin daxili işlər nazirinin köməkçisi və nazirliyin sözçüsü İsmayıl Çataklı bildirib.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi ötən gün ilin əvvəlindən bəri zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb:

"Türkiyənin Silahlı Qüvvələri ilin əvvəlindən regionda müxtəlif terror təşkilatlarının 2 300-dən çox yaraqlısını zərərsizləşdirib".

Türkiyədə və xaricdə həyata keçirilən əməliyyatlarla bağlı məlumatı açıqlayan nazirliyin sözçüsü mayor Pınar Kara bildirib ki, bölgədə terrorçulara qarşı mübarizə davam edir.

"Təkcə oktyabr ayı ərzində Türkiyədə və xaricdə 27 əməliyyat keçirilib ki, bu əməliyyatlar zamanı da 279 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən zərərsizləşdirilən yaraqlıların ümumi sayı 2 360 nəfərə çatıb".

Xəbər lenti
0