https://sputnik.az/20211103/onlarin-bisireceyi-eti-avropa-ttifaqi-dograyacaq-434861303.html
Onların bişirəcəyi əti Avropa İttifaqı doğrayacaq
Onların bişirəcəyi əti Avropa İttifaqı doğrayacaq
Sputnik Azərbaycan
BAKI, 3 noyabr - Sputnik. Böyük Britaniyada mal əti istehsal edən müəssisələr onu İrlandiyaya ixrac, sonra da yenidən idxal edirlər. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T21:40+0400
2021-11-03T21:40+0400
2021-11-04T10:04+0400
dünya xəbərləri
ət
böyük britaniya
avropa ittifaqı
irlandiya
emal
https://cdnn1.img.sputnik.az/img/42435/00/424350012_0:321:3071:2048_1920x0_80_0_0_9dfa4a77def3df25fbb068815f531894.jpg
BAKI, 3 noyabr - Sputnik. Böyük Britaniyada mal əti istehsal edən müəssisələr onu İrlandiyaya ixrac, sonra da yenidən idxal edirlər. The Guardian yazır ki, buna səbəb ölkədə əti düzgün doğramağı bacaran ixtisaslı kadrların olmamasıdır. "Mal ətini istehsal edənlər məcburdurlar ki, cəmdəkləri İrlandiyaya göndərsinlər. Orada cəmdəklər doğranıb, supermarketlərdə satılmaq üçün qablaşdırılır və geriyə göndərilir", - Britaniya Ət Emalçıları Assosiasiyasının icraçı direktoru Nik Allen deyib. Onun sözlərinə görə, ət emalı müəssisələrində, qəssabxanalarda işçi qüvvəsi çatışmadığı səbəbindən fermalarda sağlam heyvanların kütləvi məhv edilməsinin qarşısını almaq üçün istehsalçılar bu addımı atmağa məcbur olublar. Ancaq buna rəğmən, artıq 10 min baş heyvan öldürülüb və proses hələ də davam edir. Bundan başqa, ətin emalı üçün ixrac-idxalı cəmdəklə dolu hər yük maşını üçün əlavə 1500 funta başa gələcək. Nəşr yazır ki, buraya Brexit-dən sonra tətbiq olunmuş nəqliyyat və gömrük rüsumları da daxildir. Ət istehsalçılarını narahat edən daha bir məsələ isə işə müvəqqəti cəlb olunacaq qəssablar üçün minimum əmək haqqının 25.6 min funt müəyyən edilməsidir, üstəlik, həmin adamları işə götürən firmalar onların Böyük Britaniyaya gəlmələri üçün aviabiletlərinin pulunu ödəməli, ölkədə yaşayış xərclərini də qarşılamalıdırlar. İşçilərə ayrılan vizanın müddəti də onların öyrədilməsinə sərf olunan vaxtdan xeyli qısa - cəmi altı aydır. Bu yaxınlarda məlum olub ki, Almaniya da hazırda Böyük Britaniyanın üzləşdiyi problemlərin girdabına düşə bilər - çünki hazırda ölkədə 1.2 milyon işçi çatışmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/00/424350012_81:0:2812:2048_1920x0_80_0_0_19676a7890c58fe5db81606114f355a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ət, böyük britaniya, avropa ittifaqı, irlandiya, emal
ət, böyük britaniya, avropa ittifaqı, irlandiya, emal
BAKI, 3 noyabr - Sputnik. Böyük Britaniyada mal əti istehsal edən müəssisələr onu İrlandiyaya ixrac, sonra da yenidən idxal edirlər.
The Guardian yazır ki, buna səbəb ölkədə əti düzgün doğramağı bacaran ixtisaslı kadrların olmamasıdır.
"Mal ətini istehsal edənlər məcburdurlar ki, cəmdəkləri İrlandiyaya göndərsinlər. Orada cəmdəklər doğranıb, supermarketlərdə satılmaq üçün qablaşdırılır və geriyə göndərilir", - Britaniya Ət Emalçıları Assosiasiyasının icraçı direktoru Nik Allen deyib.
Onun sözlərinə görə, ət emalı müəssisələrində, qəssabxanalarda işçi qüvvəsi çatışmadığı səbəbindən fermalarda sağlam heyvanların kütləvi məhv edilməsinin qarşısını almaq üçün istehsalçılar bu addımı atmağa məcbur olublar. Ancaq buna rəğmən, artıq 10 min baş heyvan öldürülüb və proses hələ də davam edir.
Bundan başqa, ətin emalı üçün ixrac-idxalı cəmdəklə dolu hər yük maşını üçün əlavə 1500 funta başa gələcək. Nəşr yazır ki, buraya Brexit-dən sonra tətbiq olunmuş nəqliyyat və gömrük rüsumları da daxildir.
Ət istehsalçılarını narahat edən daha bir məsələ isə işə müvəqqəti cəlb olunacaq qəssablar üçün minimum əmək haqqının 25.6 min funt müəyyən edilməsidir, üstəlik, həmin adamları işə götürən firmalar onların Böyük Britaniyaya gəlmələri üçün aviabiletlərinin pulunu ödəməli, ölkədə yaşayış xərclərini də qarşılamalıdırlar. İşçilərə ayrılan vizanın müddəti də onların öyrədilməsinə sərf olunan vaxtdan xeyli qısa - cəmi altı aydır.
Bu yaxınlarda məlum olub ki, Almaniya da hazırda Böyük Britaniyanın üzləşdiyi problemlərin girdabına düşə bilər - çünki hazırda ölkədə 1.2 milyon işçi çatışmır.