https://sputnik.az/20211103/efqanistanda-taliban-quvvelerinin-komandiri-oldurulub-434837905.html
Əfqanıstanda Taliban* qüvvələrinin komandiri öldürülüb
Əfqanıstanda Taliban* qüvvələrinin komandiri öldürülüb
Sputnik Azərbaycan
Hadisənin şahidi bildirib ki, çərşənbə axşamı bir qrup terrorçu Əfqanıstanın paytaxtındakı partlayış baş verən xəstəxanaya giriblər, bundan sonra taliblərlə... 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T12:01+0400
2021-11-03T12:01+0400
2021-11-03T12:56+0400
dünya xəbərləri
ölüm
taliban
əfqanıstan
"islam dövləti"
komandan
https://cdnn1.img.sputnik.az/img/40007/45/400074512_0:0:1001:563_1920x0_80_0_0_27df0f6bdde91ec559549bacf3cefe27.jpg
BAKI, 3 noyabr — Sputnik. Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı Taliban* qüvvələrinin komandirlərindən biri Kabildə öldürülüb. Bu barədə hərəkatdakı mənbə RİA Novosti-yə bildirib.Qeyd olunur ki, söhbət Taliban* komandir Həmdullah Möhlisdən gedir. Taliblər onun ölümünü inkar edir.Qeyd edək ki, "İslam Dövləti"* terror qruplaşması Kabildəki xəstəxanaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.Bir qədər əvvəl hadisənin şahidi bildirib ki, çərşənbə axşamı bir qrup terrorçu Əfqanıstanın paytaxtındakı partlayış baş verən xəstəxanaya giriblər, bundan sonra taliblərlə toqquşma baş verib.Mənbənin bildirdiyinə görə, hücum nəticəsində 23 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Kabildəki xəstəxanaya hücuma görə məsuliyyəti İslam dövləti* terror qruplaşması öz üzərinə götürüb."Frans Press" agentliyinin məlumatına görə, Möhlis avqust ayında hərəkatın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra taliblər arasında öldürülən ən yüksək rütbəli şəxs olub.Taliblər avqust ayının əvvəlində hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə daxil olublar. Ertəsi gün isə müharibənin bitdiyi elan edilib.Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edib.*Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40007/45/400074512_0:0:1001:751_1920x0_80_0_0_134be00133b8ddea9fd8e35f090f9ae8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ölüm, taliban, əfqanıstan, "islam dövləti", komandan
ölüm, taliban, əfqanıstan, "islam dövləti", komandan
Əfqanıstanda Taliban* qüvvələrinin komandiri öldürülüb
12:01 03.11.2021 (Yenilənib: 12:56 03.11.2021) Hadisənin şahidi bildirib ki, çərşənbə axşamı bir qrup terrorçu Əfqanıstanın paytaxtındakı partlayış baş verən xəstəxanaya giriblər, bundan sonra taliblərlə toqquşma baş verib.
BAKI, 3 noyabr — Sputnik. Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı Taliban* qüvvələrinin komandirlərindən biri Kabildə öldürülüb. Bu barədə hərəkatdakı mənbə RİA Novosti-yə bildirib.
"Kabil korpusunun komandiri Həmdullah İŞİD* hücumu nəticəsində öldürülüb", - deyə mənbə bildirib.
Qeyd olunur ki, söhbət Taliban* komandir Həmdullah Möhlisdən gedir. Taliblər onun ölümünü inkar edir.
Qeyd edək ki, "İslam Dövləti"* terror qruplaşması Kabildəki xəstəxanaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bir qədər əvvəl hadisənin şahidi bildirib ki, çərşənbə axşamı bir qrup terrorçu Əfqanıstanın paytaxtındakı partlayış baş verən xəstəxanaya giriblər, bundan sonra taliblərlə toqquşma baş verib.
Mənbənin bildirdiyinə görə, hücum nəticəsində 23 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Kabildəki xəstəxanaya hücuma görə məsuliyyəti İslam dövləti* terror qruplaşması öz üzərinə götürüb.
"Frans Press" agentliyinin məlumatına görə, Möhlis avqust ayında hərəkatın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra taliblər arasında öldürülən ən yüksək rütbəli şəxs olub.
Taliblər avqust ayının əvvəlində hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə daxil olublar. Ertəsi gün isə müharibənin bitdiyi elan edilib.
Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edib.
*Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması