https://sputnik.az/20211103/deputat-rayon-cra-hakimiyyetleri-vergilerde-olan-qanunsuzluqlarda-maraqlidir--434843231.html
Deputat: Rayon İcra Hakimiyyətləri vergilərdə olan qanunsuzluqlarda maraqlıdır
Deputat: Rayon İcra Hakimiyyətləri vergilərdə olan qanunsuzluqlarda maraqlıdır
Sputnik Azərbaycan
Əli Məsimli: Siqaretin aksiz dərəcəsi qalxdıqca onun qiyməti də qalxır. Bu da insanların büdcəsinə pis təsir edir. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T14:36+0400
2021-11-03T14:36+0400
2021-11-03T15:05+0400
iqtisadiyyat
azərbaycan xəbərləri
qiymət
milli məclis
aksiz
https://cdnn1.img.sputnik.az/img/40791/33/407913361_0:0:1800:1014_1920x0_80_0_0_6bee47b5952b0d25f529d4bcae1eafd7.jpg
BAKI, 3 noyabr — Sputnik. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər müəyyən müzakirələrə səbəb olub. Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov avtomobilə, geyimə, yeməyə də eyni miqdarda ƏDV tətbiq etməyin düzgün olmadığını bildirib:Deputat qeyd edib ki, bu paket sənədlərdə ən çox işlənən söz əlavə dəyər vergisidir:Komitə sədrinin müavini Əli Məsimli isə bildirib ki, siqaretin aksiz dərəcəsi qalxdıqca onun qiyməti də qalxır. Bu da insanların büdcəsinə pis təsir edir:Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.Həmçinin oxuyun:Dəyişikliklər büdcəyə 65 milyon manat qazandıracaq - RəsmiGözəllik salonu və kosmetoloji mərkəzlərə kassa qoyulacaq - Yeni tələb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40791/33/407913361_224:0:1691:1100_1920x0_80_0_0_b3e177941e4433588db0dc0b9205f1ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
iqtisadiyyat, qiymət, milli məclis, aksiz
iqtisadiyyat, qiymət, milli məclis, aksiz
Deputat: Rayon İcra Hakimiyyətləri vergilərdə olan qanunsuzluqlarda maraqlıdır
14:36 03.11.2021 (Yenilənib: 15:05 03.11.2021) Əli Məsimli: Siqaretin aksiz dərəcəsi qalxdıqca onun qiyməti də qalxır. Bu da insanların büdcəsinə pis təsir edir.
BAKI, 3 noyabr — Sputnik. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər müəyyən müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan-ın məlumatına görə,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat
Vahid Əhmədov avtomobilə, geyimə, yeməyə də eyni miqdarda ƏDV tətbiq etməyin düzgün olmadığını bildirib:
"Yerli bələdiyyələrdə ümumiyyətlə materiallardan alınan vergilərdə çox böyük problemlər var. Məbləği gizlədirlər. Burada maraqlı qüvvələr də çoxdur. Rayon İcra Hakimiyyəti və digər yerlər bu vergilərdə olan qanunsuzluqlarda maraqlıdır. Ona görə də yerli bələdiyyələrlə bağlı vergilərin bir hissəsinin dövlət büdcəsinə ödənilməsinin tərəfdarıyam. Çünki vergidən yayınma halları bu sahədə olduqca çoxdur. İnsanları narahat edən bir məsələ də ƏDV-nin qaytarılmasının ləğv olunması ilə bağlıdır. Ticarət festivallarından ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi məsələsini insanlar səhv başa düşür. Bu, ümumilikdə ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi demək deyil".
Deputat qeyd edib ki, bu paket sənədlərdə ən çox işlənən söz əlavə dəyər vergisidir:
"Niyə biz bütün məhsullara 18% ƏDV tətbiq etməliyik? Yəni, avtomobilə də, geyimə də, yeməyə də eyni ƏDV-ni tətbiq etmək indiki halda uğurlu deyil. Biz bununla bağlı təkliflər vermişik. Xahiş edirik ki, bu təkliflərə baxılsın. Təklif edilən digər dəyişiklik kölgə iqtisadiyyatı ilə bağlıdır. Nağdsız hesablaşmalar bizim ağrılı yerlərimizdən biridir. Kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində işləri davam etdirməliyik".
Komitə sədrinin müavini Əli Məsimli isə bildirib ki, siqaretin aksiz dərəcəsi qalxdıqca onun qiyməti də qalxır. Bu da insanların büdcəsinə pis təsir edir:
"Siqaretlərə aksizlərin qoyulmasını düzgün hesab etmirəm. Bu, aztəminatlı ailələrin büdcəsinə xeyli dərəcədə təsir göstərəcək. Sosial sahədə olan güzəştləri alqışlayırıq. Digər tərəfdən, ölkə xaricində və daxilində müalicə xərcləri ilə bağlı təklif edilən rəqəmləri daha da artırmağı təklif edirəm. Çünki bu xəstəliklərin əməliyyatlarının qiyməti olduqca bahalıdır. Məsələn, xaricdə ciyər köçürülməsi ilə bağlı əməliyyata ən yaxşı halda 50 min manat vəsait tələb olunur. Ona görə də təklif edilən 40 min manatlıq həddi bir az da artırmaq daha da məqsədəuyğun olardı. 20 il ərzində "n" sayda dəyişikliklər edilmiş Vergi Məcəlləsi 2030-cu ilə qədər müəyyən edilmiş milli prioritetlərin əksini tapdığı Vergi Məcəlləsi ola bilməz".
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Dəyişikliklər
büdcəyə 65 milyon manat qazandıracaq - Rəsmi