https://sputnik.az/20211103/bu-neqliyyat-vasitelerine-gore-aksiz-vergisinin-meblegi-artirilir-434839856.html
Bu nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılır
Bu nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılır
Sputnik Azərbaycan
Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T13:04+0400
2021-11-03T13:04+0400
2021-11-03T13:28+0400
azərbaycan xəbərləri
avtomobil
artım
aksiz
elektromobil
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479622_0:320:3072:2048_1920x0_80_0_0_64e557d19fd8992090b0fdbaa53b1e64.jpg
BAKI, 3 noyabr — Sputnik. İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.164.1.41-ci maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.Həmçinin oxuyun:Bu avtomobillər ƏDV-dən azad edilə bilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479622_341:0:3072:2048_1920x0_80_0_0_94468b5c6b938681fed8cfaa64b4d183.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtomobil, artım, aksiz, elektromobil
avtomobil, artım, aksiz, elektromobil
Bu nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləği artırılır
13:04 03.11.2021 (Yenilənib: 13:28 03.11.2021) Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.
BAKI, 3 noyabr — Sputnik. İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.
Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq.
Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.
164.1.41-ci maddəsinə əsasən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat ( əvvəl 13 manat idi) . Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır.
mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18600 manat + hər kubsantimetrə görə 35 manatdır).
mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır).