Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baydenin "məzəmmət"i: ekspert bunun arxasında nəyin dayandığını izah edib

© AFP 2024 / MANDEL NGANДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
ABŞ Prezidenti Co Bayden iqlim dəyişmələri üzrə sammitdə Rusiya və Çin prezidentlərini tədbirə qatılmadıqlarına görə məzəmmət edib. Sputnik radiosunun efirində siyasi elmlər namizədi Aleksandr Şatilov onun bu bəyanatını şərh edib.
BAKI, 3 noyabr — Sputnik. ABŞ Prezidenti Co Bayden Qlazqoda keçirilən iqlim məsələləri üzrə sammitdə bəyan edib ki, Rusiya və Çin liderləri “G20” ölkələrinin dövlət və hökumət başçılarının görüşünə qatılmamaqla səhvə yol veriblər.
Baydenin sözlərinə görə, Vladimir Putinin iqlim problemlərinin həlli ilə bağlı hər hansı bir addım atmağa hazırlaşdığı barədə məlumat yoxdur, Çin isə dünya liderliyinə iddia etdiyi halda, ümumiyyətlə, belə forumlara qatılmır.
"Rusiyada Putin də onun kimi. Halbuki bu ölkədə tundralar yanır. Onların iqlimlə bağlı çox ciddi problemləri var, ancaq o nə isə etmək əvəzinə susur", – deyə RİA Novosti Baydendən sitat gətirir.
ABŞ Prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 02.11.2021
DÜNYA XƏBƏRLƏRİ
Bayden ABŞ-ın gələcəklə bağlı planını açıqladı
Qeyd edək ki, bu günlərdə Vladimir Putin iqlim sammitinin iştirakçılarına videomüraciət edib. Prezident Rusiyada meşələrin qorunub saxlanması üçün görülən tədbirlər barədə məlumat verib.
Rusiya Federasiyası yanında Maliyyə Universitetinin Sosial elmlər və kütləvi kommunikasiyalar fakültəsinin dekanı, siyasi elmlər namizədi Aleksandr Şatilov Sputnik Radiosunun efirində bildirib ki, əslində Baydenin bəyanatının məqsədi tamamilə fərqlidir.
"Bu bəyanatın əsl səbəbi standartdır: Rusiya və Çini guya iqlim məsələlərinə laqeydlikdə günahlandırmaq, Qərb ictimaiyyəti qarşısında onların imicinə mənfi təsir göstərmək. Axı indi Qərbdə ekologiya, yaşıl enerji məsələləri çox aktualdır. Amma qeyd etmək lazımdır ki, Qlazqodakı sammitin gündəmi, ümumiyyətlə, bizim gündəmimiz deyil. İndi bizim temperaturun bir dərəcə qalxması və ya düşməsindən daha vacib problemlərimiz var. Bundan başqa, sammitdə Rusiyanın böyük enerji dövləti statusuna görə kəskin tənqid atəşinə tutulacağı gözlənilirdi. Qərbin yaşıl enerjiyə keçid proqramı iflasa uğradı, enerji bazarında qiymət və tədarüklə bağlı problemlər yarandı. Ancaq bu bizim problemlərimiz deyil. Odur ki, Rusiya, xüsusən də çox sərt geosiyasi təzyiqlər və ABŞ-la qarşıdurma şəraitində nəzakətli davranmaya bilər", – deyə Aleksandr Şatilov vurğulayıb.
Eləcə də oxuyun:
* Ceff Bezos təbiətin bərpasına 2 milyard dollar ayıracağını açıqladı
* Yaşıl iqtisadiyyat - böhranın və siyasətçilərin kütlüyünün simvolu kimi
* İqlim xaosu 2021: meşə yanğınlarından su basmış küçələrə qədər
Xəbər lenti
0