https://sputnik.az/20211102/ceff-bezos-tebietin-berpasina-2-milyard-dollar-ayiracagini-aciqladi-434832776.html
Ceff Bezos təbiətin bərpasına 2 milyard dollar ayıracağını açıqladı
Ceff Bezos təbiətin bərpasına 2 milyard dollar ayıracağını açıqladı
Sputnik Azərbaycan
O bildirib ki, təbiəti qorumaq və qida sistemlərini dəyişdirmək üçün sahibi olduğu fonddan 2 milyard dollar vəsait ayrılacaq. 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T23:22+0400
2021-11-02T23:22+0400
2021-11-03T10:07+0400
dünya xəbərləri
dollar
abş
iqlim
ceff bezos
https://cdnn1.img.sputnik.az/img/42433/77/424337729_0:0:3072:1728_1920x0_80_0_0_1be96961ed5eab8525fcd7d3ec9ec533.jpg
BAKI, 2 noyabr - Sputnik. Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar vəsait ayıracaq.Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Amazon” şirkətinin təsisçisi Ceff Bezos Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) çıxışı zamanı deyib. O bildirib ki, təbiəti qorumaq və qida sistemlərini dəyişdirmək üçün sahibi olduğu fonddan 2 milyard dollar vəsait ayrılacaq."Biz hələ də əlimizdə olanları qorumalı, itirdiklərimizi bərpa etməli və gələcək nəsillərin də yaşaması üçün planetimizi alçaltmadan yaşamalıyıq", - deyə dünyanın ən varlı insanlarından biri olan C.Bezos qeyd edib.O, kosmosa uçuşunu xatırladaraq bildirib ki, Yerə yuxarıdan baxanda atmosfer çox nazik, dünya məhdud və kövrək görünür. C.Bezos deyib ki, iqlim dəyişikliyi təbiətə sərmayə qoymaq üçün bizə güclü səbəb verir.ABŞ hökuməti 2030-cu ilədək dünya meşələrini mühafizə planının icrası üçün 9 milyard dollar vəsait ayırmağı nəzərdə tutur.Xatırladaq ki, ABŞ Prezidenti Cozef Baydenin BMT İqlim Dəyişikliyi Konfransının “Meşələr və Torpaq İstifadəsi” tədbirindəki qeydlərində də Amerika hökumətinin 2030-cu ilədək dünya meşələrini mühafizə planının icrası üçün 9 milyard dollar vəsait ayırmağı nəzərdə tutduğu bildirilir. “ABŞ hökuməti tam çeşiddə, yəni diplomatik, maliyyə, siyasi alətləri meşələrin itkisinə son qoymaq, kritik karbon sərfiyyatımızın qarşısını almaq, torpaq idarəçiliyini təkmilləşdirmək üçün toplanacaq. Sözügedən plan 2030-cu ilədək təbii meşələrin itkisini qabaqlayaraq əlavə 200 milyon hektarı bərpa etmək hədəfinə çatmaqda dünya ölkələrinə kömək edəcək. Bu, meşələrin qorunmasına və bərpasına Konqreslə birgə 9 milyard dollar, tərəfdaşlarımızdan da əlavə milyardlarla dollar vəsait cəlb etməyi nəzərdə tutan ilk plandır”, - Baydenin qeydində bildirilir. Qeyd olunur ki, meşələrin və digər ekosistemlərin mühafizəsi karbon tullantılarını sıfırlamaq hədəfinə çatmaqda mühüm rol oynayacaq.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/77/424337729_341:0:3072:2048_1920x0_80_0_0_5e37cd7f085986b7c926c7cd434e7cd7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dollar, abş, iqlim, ceff bezos
dollar, abş, iqlim, ceff bezos
Ceff Bezos təbiətin bərpasına 2 milyard dollar ayıracağını açıqladı
23:22 02.11.2021 (Yenilənib: 10:07 03.11.2021) O bildirib ki, təbiəti qorumaq və qida sistemlərini dəyişdirmək üçün sahibi olduğu fonddan 2 milyard dollar vəsait ayrılacaq.
BAKI, 2 noyabr - Sputnik. Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar vəsait ayıracaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri “Amazon” şirkətinin təsisçisi Ceff Bezos Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) çıxışı zamanı deyib.
O bildirib ki, təbiəti qorumaq və qida sistemlərini dəyişdirmək üçün sahibi olduğu fonddan 2 milyard dollar vəsait ayrılacaq.
"Biz hələ də əlimizdə olanları qorumalı, itirdiklərimizi bərpa etməli və gələcək nəsillərin də yaşaması üçün planetimizi alçaltmadan yaşamalıyıq", - deyə dünyanın ən varlı insanlarından biri olan C.Bezos qeyd edib.
O, kosmosa uçuşunu xatırladaraq bildirib ki, Yerə yuxarıdan baxanda atmosfer çox nazik, dünya məhdud və kövrək görünür. C.Bezos deyib ki, iqlim dəyişikliyi təbiətə sərmayə qoymaq üçün bizə güclü səbəb verir.
ABŞ hökuməti 2030-cu ilədək dünya meşələrini mühafizə planının icrası üçün 9 milyard dollar vəsait ayırmağı nəzərdə tutur.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Baydenin BMT İqlim Dəyişikliyi Konfransının “Meşələr və Torpaq İstifadəsi” tədbirindəki qeydlərində də Amerika hökumətinin 2030-cu ilədək dünya meşələrini mühafizə planının icrası üçün 9 milyard dollar vəsait ayırmağı nəzərdə tutduğu bildirilir.
“ABŞ hökuməti tam çeşiddə, yəni diplomatik, maliyyə, siyasi alətləri meşələrin itkisinə son qoymaq, kritik karbon sərfiyyatımızın qarşısını almaq, torpaq idarəçiliyini təkmilləşdirmək üçün toplanacaq. Sözügedən plan 2030-cu ilədək təbii meşələrin itkisini qabaqlayaraq əlavə 200 milyon hektarı bərpa etmək hədəfinə çatmaqda dünya ölkələrinə kömək edəcək. Bu, meşələrin qorunmasına və bərpasına Konqreslə birgə 9 milyard dollar, tərəfdaşlarımızdan da əlavə milyardlarla dollar vəsait cəlb etməyi nəzərdə tutan ilk plandır”, - Baydenin qeydində bildirilir.
Qeyd olunur ki, meşələrin və digər ekosistemlərin mühafizəsi karbon tullantılarını sıfırlamaq hədəfinə çatmaqda mühüm rol oynayacaq.