https://sputnik.az/20211103/baki-polisinden-boyuk-emeliyyat---61-nefer-barmaqliq-arxasina-salindi-434856489.html
Bakı polisindən böyük əməliyyat - 61 nəfər barmaqlıq arxasına salındı
Bakı polisindən böyük əməliyyat - 61 nəfər barmaqlıq arxasına salındı
Sputnik Azərbaycan
26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. 03.11.2021, Sputnik Azərbaycan
2021-11-03T19:30+0400
2021-11-03T19:30+0400
2021-11-03T19:30+0400
din
hadisə
narkotik
bakı
polis
əməliyyat
narkotik maddə
narkotacir
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426751432_0:0:1080:608_1920x0_80_0_0_e8b230c06b205e63d596eb7d71bf92bf.jpg
BAKI, 3 noyabr — Sputnik. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 61 nəfər saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.Saxlanılanlardan 8 nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.Belə ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus 2223 metr uzunluğunda yeraltı kabelləri oğurlayan şəxslər saxlanılıblar. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən 160 bağlama ümumi dəyəri 5000 manat olan tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulublar.Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
https://sputnik.az/20211030/bakida-mektebe-bomba-qoyan-adami-tutdular-434732081.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426751432_0:0:960:720_1920x0_80_0_0_8890e2390723d66f79b4af48b2e94e9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
din, narkotik, bakı, polis, əməliyyat, narkotik maddə, narkotacir
din, narkotik, bakı, polis, əməliyyat, narkotik maddə, narkotacir
Bakı polisindən böyük əməliyyat - 61 nəfər barmaqlıq arxasına salındı
26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.
BAKI, 3 noyabr — Sputnik. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 61 nəfər saxlanılıb. Bu barədə
Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib.
Saxlanılanlardan 8 nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus 2223 metr uzunluğunda yeraltı kabelləri oğurlayan şəxslər saxlanılıblar. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümumilikdə 3000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən 160 bağlama ümumi dəyəri 5000 manat olan tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov, Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulublar.
Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.