https://sputnik.az/20211102/turk-surasi-tehsil-nazirleri-stanbulda-toplasirlar-434783710.html
Türk Şurası təhsil nazirləri İstanbulda toplaşırlar
Türk Şurası təhsil nazirləri İstanbulda toplaşırlar
Sputnik Azərbaycan
Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq. 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T12:47+0400
2021-11-02T12:47+0400
2021-11-02T13:33+0400
nazir
təhsil
təhsil naziri
istanbul
türk şurası
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993222_0:88:3096:1830_1920x0_80_0_0_67179204ef622ddccf4211f2f62770e4.jpg
BAKI, 2 noyabr — Sputnik. İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin təhsil nazirlərinin iclası keçiriləcək.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türk Şurasının mətbuat xidməti məlumat yayıb.Noyabrın 4-də keçiriləcək iclasa Türk Şurasının Baş katibi Bağdad Amreyev sədrlik edəcək.İclasda Türk Şurası Türk Universitetlər Birliyi (TÜRKÜNİB) çərçivəsində fəaliyyət, orta/ali məktəblər arasında Üçüncü Tələbə Mübadilə Proqramları, Türk Şurasına üzv dövlətlərin təhsil mütəxəssisləri üçün təhsil mübadilə proqramı (potensialın artırılması üzrə təlim), üzv dövlətlərin orta/ali məktəbləri arasında qardaş məktəb əlaqələri və Türk Akademiyası ilə bağlı məsələlər müzakirə olunacaq.İclasın sonunda Türk Şurasının Türk Universitetləri Birliyinin Orxun Mübadilə Proqramı və “Türk Universitetləri Birliyinin və Ali Təhsil Məkanının yaradılması haqqında Direktiv”in 10-cu maddəsinə dəyişikliklə bağlı Əsasnamənin imzalanma mərasimi olacaq.Qeyd edək ki, noyabrın 1-də Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlanıb.Elə həmin gün Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Mahmut Özər arasında görüş keçirilib.Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç, Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Eren və Bilkənt Universitetinin rektoru Abdullah Atalar ilə görüşləri nəzərdə tutulub.Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993222_215:0:2946:2048_1920x0_80_0_0_7557947c803f0a693df8b92808e344e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nazir, təhsil naziri, istanbul, türk şurası
nazir, təhsil naziri, istanbul, türk şurası
Türk Şurası təhsil nazirləri İstanbulda toplaşırlar
12:47 02.11.2021 (Yenilənib: 13:33 02.11.2021) Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq.
BAKI, 2 noyabr — Sputnik. İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin təhsil nazirlərinin iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türk Şurasının mətbuat xidməti məlumat yayıb.
Noyabrın 4-də keçiriləcək iclasa Türk Şurasının Baş katibi Bağdad Amreyev sədrlik edəcək.
İclasda Türk Şurası Türk Universitetlər Birliyi (TÜRKÜNİB) çərçivəsində fəaliyyət, orta/ali məktəblər arasında Üçüncü Tələbə Mübadilə Proqramları, Türk Şurasına üzv dövlətlərin təhsil mütəxəssisləri üçün təhsil mübadilə proqramı (potensialın artırılması üzrə təlim), üzv dövlətlərin orta/ali məktəbləri arasında qardaş məktəb əlaqələri və Türk Akademiyası ilə bağlı məsələlər müzakirə olunacaq.
İclasın sonunda Türk Şurasının Türk Universitetləri Birliyinin Orxun Mübadilə Proqramı və “Türk Universitetləri Birliyinin və Ali Təhsil Məkanının yaradılması haqqında Direktiv”in 10-cu maddəsinə dəyişikliklə bağlı Əsasnamənin imzalanma mərasimi olacaq.
Qeyd edək ki, noyabrın 1-də Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlanıb.
Elə həmin gün Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Mahmut Özər arasında görüş keçirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç, Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəisi Abdullah Eren və Bilkənt Universitetinin rektoru Abdullah Atalar ilə görüşləri nəzərdə tutulub.
Nazir Emin Əmrullayev İstanbulda keçiriləcək Türk Şurasının Təhsil Nazirlərinin Konfransına qatılacaq.