https://sputnik.az/20211102/pandemiya-dovrunun-uzanmasi-psixoloji-problemleri-keskinlesdirecek-434806245.html
Pandemiya dövrünün uzanması psixoloji problemləri kəskinləşdirəcək
Pandemiya dövrünün uzanması psixoloji problemləri kəskinləşdirəcək
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti deyib ki, depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya... 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T22:29+0400
2021-11-02T22:29+0400
2021-11-02T22:29+0400
karantin
səhiyyə
səhiyyə nazirliyi
psixi problem
psixi xəstəlik
pandemiya
koronavirus
covid-19
epidemiya
https://cdnn1.img.sputnik.az/img/42411/85/424118537_0:0:3071:1728_1920x0_80_0_0_72f34aa13a982950cc4c0c72ba3a287a.jpg
BAKI, 2 noyabr — Sputnik. Koronavirusa yoluxma hallarının artması ilə insanlarda fizioloji təsirlərlə yanaşı, psixoloji təsirlər də artdı. Virusun yayılmasını azaltmaq üçün tövsiyə olunan yollar gündəlik həyatımızı dəyişdi.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib. O bildirib ki, müvəqqəti də olsa, bir çox müəssisə və məktəblər bağlandı, idman tədbirləri təxirə salındı: "Elə vəziyyət yaranmışdı ki, məcburiyyət olmasa, çölə çıxa bilmirdik. COVID-19 infeksiyasının psixoloji təsiri insanlarda iki cür yanaşma yaratdı: bir qrup insanlar bunu həddindən artıq təhlükəli qəbul edərək qorxu keçirir, digər qrup insanlar isə COVID-19-u inkar edərək bunun adi "soyuqdəymə" olduğunu zənn edir. Qeyd edək ki, ikinci qrup insanların yanaşması daha təhlükəlidir, çünki onlar özlərini qorumur və epidemiyanın yayılmasını sürətləndirirlər".Musabəyovanın sözlərinə görə, COVID-19 epidemiyası zamanı yuxarıda qeyd olunan səbəblərdən yaranan narahatlıq və stress, epidemiyadan əvvəlki dövrdə psixi sağlamlıq problemləri olan insanlarda bu problemləri daha da gücləndirə, sağlam fərdlərdə psixoloji problemlərin yaranmasına zəmin yarada bilər. Depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemlər ən çox rastlaşdığımız problemlərdir.Həkim qeyd edib ki, əvvəllər psixoloji xəstəlik diaqnozu qoyulmuş və ona qarşı dərman qəbul edən şəxslərdə bu müddət ərzində dərmanlar fasiləsiz istifadə edilməlidir.Digər şəxslər isə yaranan psixoloji narahatçılığın qarşısını almaq üçün tədbirlər görərkən ciddi problemlər yaşamağa başlayarsa, peşəkar mütəxəssisə müraciət etməlidirlər.Mütəxəssisin fikrincə, pandemiya prosesinin uzanması bu dövrdə yaranan psixoloji problemləri də kəskinləşdirə bilər. Psixi sağlamlığın qorunması üçün verilən tövsiyələrə məhəl qoymamaq daimi psixoloji problemlərə səbəb olur. Bundan əlavə, prosesin uzanması insanlarda pessimist düşüncələrin güclənməsinə gətirib çıxara bilər ki, bu da psixoloji problemləri daha da artırır. "Ona görə də, xəstələnib sağalan adam bu prosesin müvəqqəti olduğunu anlamalıdır. Ailə üzvlərimizin və davamlı ünsiyyətdə olduğumuz insanların üzərinə də müəyyən məsuliyyət düşür. Davamlı olaraq bədbin fikirlər səsləndirmək, söhbətləri tamamilə pandemiya və onun yaratdığı neqativlər əsasında aparmaq psixi sağlamlığa mənfi təsir göstərir. Əhəmiyyətli olan bütün lazımi tədbirləri görüb bu prosesi sağlam şəkildə uğurla keçməkdir", - Musabəyova deyib. Onun sözlərinə gröə, evdə keyfiyyətli vaxt keçirmək, qidalanmağa diqqət etmək, idmana vaxt ayırmaq, sosial media, televiziya xəbərlərinə ayrılan vaxtı isə məhdudlaşdırmaq lazımdır. Bu tədbirlərə baxmayaraq, narahatlığını, stresslə bağlı mənfiliklərini və pessimist düşüncələrini aşa bilməyən insanların peşəkar mütəxəssisdən dəstək alması çox vacibdir. "Psixi sağlamlıq problemləri nə qədər gecikirsə, müalicə prosesi bir o qədər ağırlaşır. Bilməliyik ki, bu prosesdə biz tək deyilik", - həkim əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/85/424118537_176:0:2907:2048_1920x0_80_0_0_9db78e39dfe16bd616a4a4ddc43a9fa2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
karantin, səhiyyə nazirliyi, psixi problem, psixi xəstəlik, pandemiya, koronavirus, covid-19, epidemiya
karantin, səhiyyə nazirliyi, psixi problem, psixi xəstəlik, pandemiya, koronavirus, covid-19, epidemiya
Pandemiya dövrünün uzanması psixoloji problemləri kəskinləşdirəcək
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti deyib ki, depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemlər ən çox rastlaşdığımız problemlərdir.
BAKI, 2 noyabr — Sputnik. Koronavirusa yoluxma hallarının artması ilə insanlarda fizioloji təsirlərlə yanaşı, psixoloji təsirlər də artdı. Virusun yayılmasını azaltmaq üçün tövsiyə olunan yollar gündəlik həyatımızı dəyişdi.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova deyib. O bildirib ki, müvəqqəti də olsa, bir çox müəssisə və məktəblər bağlandı, idman tədbirləri təxirə salındı:
"Elə vəziyyət yaranmışdı ki, məcburiyyət olmasa, çölə çıxa bilmirdik. COVID-19 infeksiyasının psixoloji təsiri insanlarda iki cür yanaşma yaratdı: bir qrup insanlar bunu həddindən artıq təhlükəli qəbul edərək qorxu keçirir, digər qrup insanlar isə COVID-19-u inkar edərək bunun adi "soyuqdəymə" olduğunu zənn edir. Qeyd edək ki, ikinci qrup insanların yanaşması daha təhlükəlidir, çünki onlar özlərini qorumur və epidemiyanın yayılmasını sürətləndirirlər".
Musabəyovanın sözlərinə görə, COVID-19 epidemiyası zamanı yuxarıda qeyd olunan səbəblərdən yaranan narahatlıq və stress, epidemiyadan əvvəlki dövrdə psixi sağlamlıq problemləri olan insanlarda bu problemləri daha da gücləndirə, sağlam fərdlərdə psixoloji problemlərin yaranmasına zəmin yarada bilər. Depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemlər ən çox rastlaşdığımız problemlərdir.
Həkim qeyd edib ki, əvvəllər psixoloji xəstəlik diaqnozu qoyulmuş və ona qarşı dərman qəbul edən şəxslərdə bu müddət ərzində dərmanlar fasiləsiz istifadə edilməlidir.
Digər şəxslər isə yaranan psixoloji narahatçılığın qarşısını almaq üçün tədbirlər görərkən ciddi problemlər yaşamağa başlayarsa, peşəkar mütəxəssisə müraciət etməlidirlər.
Mütəxəssisin fikrincə, pandemiya prosesinin uzanması bu dövrdə yaranan psixoloji problemləri də kəskinləşdirə bilər. Psixi sağlamlığın qorunması üçün verilən tövsiyələrə məhəl qoymamaq daimi psixoloji problemlərə səbəb olur. Bundan əlavə, prosesin uzanması insanlarda pessimist düşüncələrin güclənməsinə gətirib çıxara bilər ki, bu da psixoloji problemləri daha da artırır.
"Ona görə də, xəstələnib sağalan adam bu prosesin müvəqqəti olduğunu anlamalıdır. Ailə üzvlərimizin və davamlı ünsiyyətdə olduğumuz insanların üzərinə də müəyyən məsuliyyət düşür. Davamlı olaraq bədbin fikirlər səsləndirmək, söhbətləri tamamilə pandemiya və onun yaratdığı neqativlər əsasında aparmaq psixi sağlamlığa mənfi təsir göstərir. Əhəmiyyətli olan bütün lazımi tədbirləri görüb bu prosesi sağlam şəkildə uğurla keçməkdir", - Musabəyova deyib.
Onun sözlərinə gröə, evdə keyfiyyətli vaxt keçirmək, qidalanmağa diqqət etmək, idmana vaxt ayırmaq, sosial media, televiziya xəbərlərinə ayrılan vaxtı isə məhdudlaşdırmaq lazımdır. Bu tədbirlərə baxmayaraq, narahatlığını, stresslə bağlı mənfiliklərini və pessimist düşüncələrini aşa bilməyən insanların peşəkar mütəxəssisdən dəstək alması çox vacibdir.
"Psixi sağlamlıq problemləri nə qədər gecikirsə, müalicə prosesi bir o qədər ağırlaşır. Bilməliyik ki, bu prosesdə biz tək deyilik", - həkim əlavə edib.