Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mobil telefon vasitəsilə bəzi xidmətlər aktivləşəcək - Yeni "cashback"lər olacaq

© Depositphotos.com / HalfpointНовый смартфон Apple iPhone 11 Pro
Новый смартфон Apple iPhone 11 Pro - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
"MasterCard" tərəfindən Azərbaycan banklarına məxsus taksit kartlarının Türkiyədə də keçərli olması üçün işlər davam etdirilir
BAKI, 2 noyabr — Sputnik. “MasterCard” Azərbaycanda bəzi yenilikləri edəcək, alış-veriş mərkəzlərində POS-terminalların quraşdırılmasına zərurət olmayacaq, mobil telefonlar vasitəsilə ödənişlər həyata keçiriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu “Future is now” adlı mətbuat konfransında "MasterCard" beynəlxalq şirkətinin biznesin inkişafı üzrə direktoru Hakan Tatlıcı deyib.
Onun sözlərinə görə, Azərbaycanda olan POS cihazlarının 80 %-i təmassız kartları qəbul edə bilir. "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar "Apple Pay" vasitəsilə ödənişlərdən və bunun gələcəkdə də yaradacağı üstünlüklərdən söz açıb, bildirib ki, hazırda "Apple Pay"də "MasterCard"ı əlavə etməklə ABB , Kapital Bank, Unibank, Bank Respublika müştəriləri müəyyən üstünlüklərdən, bonuslardan yararlana biləcək. E.Çakar bildirib ki, yaxın zamanlarda digər Samsung, Xiomi ilə bağlı da bənzər addımlar atılacaq, qısa zamanda onlarda da onlarda da belə bir tətbiqin aktiv olmasına çalışılacaq.
Menecer "Apple Pay" tətbiqinin üstünlüklərindən bəhs edərək bildirib ki, supermarketlərdə ilk dəfə ödənişlə "Apple pay" ilə 15 manatlıq bir ödəməyə görə müştərilər 5 AZN "cashbank" qazanacaq. Məqsəd qısa zamanda "Apple pay ilə ödəməni genişləndirməkdir. Bu kampaniya yalnız supermarketlərdə deyil, "Azpetrol" üçün də keçərli olacaq. Eyni zamanda qeyd edim ki, "MasterCard"ı "Apple Pay"ə əlavə etməklə "FastFood"lara görə də bonus qazanmaq mümkün olacaq.
E.Çakar digər yeniliklər barədə də öncədən məlumat verib, bildirib ki, "Digital First" vasitəsilə banka getməyə ehtiyac olmayacaq, bununla da yaxın zamanda onlayn olaraq kartı sifariş edib əldə etmək mümkün olacaq.
Konfransda bir sıra rəqəmlər də açıqlanıb. Qeyd olunub ki, 2021-ci ilin sonuna Azərbaycanda olan plastik kartlarının sayı 10,4 milyon ədədə çatacağı gözlənilir ki, bu da 2017-ci illə müqayisədə 79 % artım deməkdir. Belə ki, 2017-ci ildə bu rəqəm 5,8 milyon olub.
Şamaxıda nəqliyyat sistemində kartla ödəmədə böyük uğur əldə edildiyini illik tranzaksiyaların 2 milyona çatdığını qeyd edilib.
Həmçinin qeyd olunub ki, "MasterCard" tərəfindən Azərbaycan banklarına məxsus taksit kartlarının Türkiyədə də keçərli olması üçün işlər davam etdirilir. Artıq bununla bağlı Türkiyə Mərkəzi Bankına müraciət edilib: "İstəyirik ki, Türkiyəyə səfər edərkən alış-veriş edən, restoranlarda ödəniş edən və ya Türkiyə saytlarından onlayn məhsul alan Azərbaycan bank müştəriləri taksit imkanlarından istifadə edə bilsinlər. Bu sistemin aktivləşməsi 2022-ci ilin yayına qədər planlaşdırılır".
Xəbər lenti
0