https://sputnik.az/20211102/mekteblilerin-kutlevi-muayinesine-baslanildi-434821528.html
Məktəblilərin kütləvi müayinəsinə başlanıldı
Məktəblilərin kütləvi müayinəsinə başlanıldı
Sputnik Azərbaycan
Pandemiya səbəbindən uşaqların icbari dispanserizasiyası tədbirləri bir ildən çoxdur ki, təxirə salınıb. 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T21:54+0400
2021-11-02T21:54+0400
2021-11-02T21:54+0400
məktəb
təhsil
ümumtəhsil məktəbləri
pandemiya
azərbaycanda koronavirus: son xəbərlər
koronavirus
covid-19
epidemiya
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425031607_0:0:1200:676_1920x0_80_0_0_5429815691fa4b007f68a0a5d18eb663.jpg
BAKI, 2 noyabr — Sputnik. Paytaxtda ümumtəhsil müəssisələrində şagirdlərdən sağlamlıq haqqında tibbi sənəd tələb olunur. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat veriblər. Onların bildirdiyinə görə, 51 və 153 saylı məktəblərdə təhsil alan şagirdlərin valideynlərinə uşaqlarını ərazi üzrə poliklinikada müayinədən keçirdərək sağlamlıq arayışı təqdim etməklə bağlı tapşırıq verilib. Valideynlər bildiriblər ki, onlara bunun koronavirusla bağlı olub-olmadığı barədə heç bir məlumat verilməyib.Qeyd edək ki, poliklinikalarda hətta bununla bağlı sıxlıq yaranıb. Tələbə görə, məktəblilər sağlamlıq haqqında arayış təqdim etmək üçün bir neçə həkim müayinəsindən keçməlidirlər. Həmin sənəddə onların müvafiq müayinələrdən keçdiyini təsdiqləyən həkim rəyləri əks olunmaldır.Sputnik Azərbaycan şagirdlərin tibbi müayinədən keçirilməsinin pandemiya ilə bağlı olub-olmadığını araşdırıb. Uşaq poliklinikalarından bildiriblər ki, şagirdlərdən sağlamlıq haqqında tibbi sənədi məktəblər tələb edir. 15 saylı uşaq poliklinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, tibbi arayış tələbinin koronavirusla bağlılığı yoxdur. Bu uşaqların sağlamlığının yoxlanılması məqsədini daşıyır.K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev isə Sputnik Azərbaycan-a bildirib ki, uşaqların tibbi müayinədən keçirilməsi Uşaqların İcbari Dispanserizasiyası haqqında qanunun tələbinə uyğun aparılır.Onun sözlərinə görə, əslində qanuna görə uşaqlar hər il icbari dispanserizasiya çərçivəsində tibbi müayinədən keçməlidirlər: "Uşaqların dispanserizasiyası onların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Uşaqlara illik profilaktik baxış zamanı onlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər tərəfindən aktiv tibbi müayinədən keçirilir. Pandemiya səbəbindən uşaqların icbari dispanserizasiyası tədbirləri bir ildən çoxdur ki, təxirə salınıb. Artıq biz uşaqların icbari dispanserizasiyasına start vermişik".A.Musayev bildirib ki, dispanserizasiyanın nəticələri əsasında uşaqlar sağlamlıq qrupları üzrə bölüşdürülür. Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser qeydiyyatına götürülür və müalicə üçün təyinat alırlar: "Eləcə də hər bir uşaq üçün fərdi sağlamlaşdırma və reabilitasiya proqramı tərtib edilir".Həmsöhbətimiz deyir ki, hər bir uşağın qarın boşluğu, böyrəyi ildə bir dəfə UZİ ilə müayinə edilməlidir.Onun sözlərinə görə, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.A.Musayev onu da qeyd edib ki, 2013-cü ildə qəbul edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına görə körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı aydan bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir. Bu, dövlətin uşaq sağlamlığına göstərdiyi qayğının ifadəsidir.Xatırladaq ki, 2013-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatda göstərilib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/19/425031607_132:0:1200:801_1920x0_80_0_0_98c7a9b9d58d9ce07f67b19dec6ebbb3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, ümumtəhsil məktəbləri, pandemiya, azərbaycanda koronavirus: son xəbərlər, koronavirus, covid-19, epidemiya
məktəb, ümumtəhsil məktəbləri, pandemiya, azərbaycanda koronavirus: son xəbərlər, koronavirus, covid-19, epidemiya
Məktəblilərin kütləvi müayinəsinə başlanıldı
Pandemiya səbəbindən uşaqların icbari dispanserizasiyası tədbirləri bir ildən çoxdur ki, təxirə salınıb.
BAKI, 2 noyabr — Sputnik. Paytaxtda ümumtəhsil müəssisələrində şagirdlərdən sağlamlıq haqqında tibbi sənəd tələb olunur. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat veriblər. Onların bildirdiyinə görə, 51 və 153 saylı məktəblərdə təhsil alan şagirdlərin valideynlərinə uşaqlarını ərazi üzrə poliklinikada müayinədən keçirdərək sağlamlıq arayışı təqdim etməklə bağlı tapşırıq verilib. Valideynlər bildiriblər ki, onlara bunun koronavirusla bağlı olub-olmadığı barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, poliklinikalarda hətta bununla bağlı sıxlıq yaranıb. Tələbə görə, məktəblilər sağlamlıq haqqında arayış təqdim etmək üçün bir neçə həkim müayinəsindən keçməlidirlər. Həmin sənəddə onların müvafiq müayinələrdən keçdiyini təsdiqləyən həkim rəyləri əks olunmaldır.
Sputnik Azərbaycan şagirdlərin tibbi müayinədən keçirilməsinin pandemiya ilə bağlı olub-olmadığını araşdırıb. Uşaq poliklinikalarından bildiriblər ki, şagirdlərdən sağlamlıq haqqında tibbi sənədi məktəblər tələb edir. 15 saylı uşaq poliklinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, tibbi arayış tələbinin koronavirusla bağlılığı yoxdur. Bu uşaqların sağlamlığının yoxlanılması məqsədini daşıyır.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev isə Sputnik Azərbaycan-a bildirib ki, uşaqların tibbi müayinədən keçirilməsi Uşaqların İcbari Dispanserizasiyası haqqında qanunun tələbinə uyğun aparılır.
Onun sözlərinə görə, əslində qanuna görə uşaqlar hər il icbari dispanserizasiya çərçivəsində tibbi müayinədən keçməlidirlər: "Uşaqların dispanserizasiyası onların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir.
Uşaqlara illik profilaktik baxış zamanı onlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər tərəfindən aktiv tibbi müayinədən keçirilir. Pandemiya səbəbindən uşaqların icbari dispanserizasiyası tədbirləri bir ildən çoxdur ki, təxirə salınıb. Artıq biz uşaqların icbari dispanserizasiyasına start vermişik".
A.Musayev bildirib ki, dispanserizasiyanın nəticələri əsasında uşaqlar sağlamlıq qrupları üzrə bölüşdürülür. Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser qeydiyyatına götürülür və müalicə üçün təyinat alırlar: "Eləcə də hər bir uşaq üçün fərdi sağlamlaşdırma və reabilitasiya proqramı tərtib edilir".
Həmsöhbətimiz deyir ki, hər bir uşağın qarın boşluğu, böyrəyi ildə bir dəfə UZİ ilə müayinə edilməlidir.
Onun sözlərinə görə, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
A.Musayev onu da qeyd edib ki, 2013-cü ildə qəbul edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına görə körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı aydan bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir. Bu, dövlətin uşaq sağlamlığına göstərdiyi qayğının ifadəsidir.
Xatırladaq ki, 2013-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatda göstərilib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır.