Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət Nazirliyi və "Azərbaycanfilm" kinostudiyası deputatın ittihamına cavab verdilər

© Photo : Azerbaijanfilm​​​​​​​“Fəryad-2” filminin çəkilişləri
​​​​​​​“Fəryad-2” filminin çəkilişləri  - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Rüfət Həsənov qeyd edib ki, dünyanın ən nüfuzlu kino jurnalları, o cümlədən "Variety" və "Hollywood Reporter" Azərbaycan kinosunun uğurlarından yazır və bu, danılmaz faktdır.
BAKI, 2 noyabr — Sputnik. "Ermənilərin qondarma "Artsax" adlandırdıqları ərazidə aparılan müharibəyə həsr olunan (yəni bizim 44 günlük Qələbə savaşımıza aid) "Gate to Heaven" ("Cənnətə qapı") adlı filmi Ontario Beynəlxalq Film Festivalında 4 nüfuzlu mükafatdan birini qazanıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün "facebook" hesabında yazıb.
Deputat daha sonra qeyd edib: "Bizdə isə baş qarışıqdır, kino sahəsində fəxri adı olmayanların axtarışı gedir. Yəni kino çəkdin-çəkmədin, hamının mütləq fəxri adı olmalıdır. "Tərəqqi" medalı da öz yerində. Bilmirəm, beynəlxalq arenaya çıxarmaq istədiyimiz 44 günlük savaşın gerçəklərini, xüsusilə də Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalinin qətl edilməsini hansısa filmdə əks etdirmişikmi və haçansa bunu dünyaya çıxaracağıqmı? Hər halda bu sahədə ermənilərin geniş iş apardıqları ortadadır.
Tədbirlər, bayramlar, fişənglər öz yerində, bu kimi vacib sahələrə də diqqət yetirmək lazımdır. İlk başdan kim təbliğatda üstələdisə, prosesi də o yönəldəcək. Sonra da oturub pullar ayıracağıq ki, necə edək, bu filmləri ayrı-ayrı ölkələrdə ekranlardan yığışdıraq. Ən doğru yol keyfiyyətli alternativləri yaratmaq yoludur. Televiziyalarda da olduğu kimi, kinoda da işi sahiblərinə tapşırmadıqca, hamının başı sənətdə xırda piştaxtaları işlətməyə qarışacaq. Söhbət son illərdəki teleseriallarımıza bənzər yerli mallardan getmir, dünya səviyyəsinə və parametrlərinə uyğun gələn filmlərin yaradılmasından gedir".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovla əlaqə saxladıq. Həsənovun Sputnik Azərbaycan-a verdiyi açıqlamasına görə, ötən il ermənilərin "Cənnətə qapılar" filminin "A kateqoriyalı" sayılan Moskva Beynəlxalq Film Festivalının müsabiqədənkənar proqramına salınması barədə məlumat yayıldıqdan sonra Azərbaycan Mədəniyyət Nazirliyi müvafiq addımlar atıb. Nəticədə "Cənnətə qapılar" filmi Moskva Beynəlxalq Film Festivalının proqramından çıxarılıb, o cümlədən, kinofestivalın rəsmi saytından onun haqqında məlumat silinib.
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 02.11.2021
MƏDƏNİYYƏT
Şuşa əməliyyatının gizlinləri yaxında açılacaq
"Böyük arenada ciddi uğur qazana bilməyən film dünyada sayı minlərlə olan orta səviyyəli bir festivalı çıxış yolu kimi görüb. Bədnam qonşumuz filmin uğursuzluğunu ucuz təbliğat hesabına kompensasiya etməyə çalışır, kateqoriyasız bir festivalın əhəmiyyətini şişirib sıravi oxucu və tamaşaçını aldatmağa cəhd göstərir. Onlar bu işi yaradıcılıqdan daha yaxşı bacarırlar. Hörmətli Fazil Mustafa kimi təcrübəli bir insanın aldadılması da bunu sübut edir".
Qurum rəsmisi onu da qeyd edib ki, 2020-2021-ci illərdə Azərbaycan rejissorlarının filmləri Venesiya, Toronto, Rotterdam və Sarayevo da daxil olmaqla, dünyanın aparıcı kinofestivallarında ölkəmizi təmsil edərək mükafatlar qazanıb. Dünyanın ən nüfuzlu kino jurnalları, o cümlədən "Variety" və "Hollywood Reporter" Azərbaycan kinosunun uğurlarından yazır və bu, danılmaz faktdır.
"Buna baxmayaraq, biz birmənalı olaraq razıyıq ki, Vətən müharibəsində Qələbədən sonra kinematoqrafiyaya, audiovizual sahəyə xüsusi diqqət və dəstək göstərilməlidir. Bu sahəyə illik ayrılan büdcə 6.5 milyon manatdır, bu da bir orta statistik filmin büdcəsinə bərabərdir. Buna baxmayaraq, təkcə bu il ərzində Mədəniyyət Nazirliyinin dəstəyi və ya sifarişilə Vətən Müharibəsinə dair 20-dən artıq filmi istehsalata buraxılıb".
Şöbə müdiri fürsətdən istifadə edərək, Azərbaycan kinosunun taleyi ilə maraqlanan hər kəsi çox yaxın zamanlarda premyerası və nümayişi baş tutacaq Şanlı Zəfərimizə həsr olunmuş "Şuşa, sən azadsan!" və "Biz" filmlərinə baxmağa dəvət edir.
Məsələ ilə bağlı "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov bildirdi ki, həmin festival Fazil Mustafanın dediyi qədər nüfuzlu festival deyil: "Əslində, o film haqqında məlumatım yoxdur. Festivala gəldikdə isə, o, cənab deputatın dediyi kimi nüfuzlu festival deyil. Mən bir kino adamı kimi bu festivalın adını ilk dəfə eşidirəm. Bizdə 44 günlük Vətən müharibəsi və Qarabağ mövzusunda çəkilən filmlərə gəldikdə isə deyə bilərəm ki, bu il Mədəniyyət Nazirliyi dövlət və özəl studiyalara 20-dən artıq film sifariş verib. Onlardan biri Xocalı faciəsi ilə bağlıdır. Həmin film "Nərimanfilm", "Azərbaycanfilm", Mədəniyyət Nazirliyi və özəl şirkətlər cəlb olunmaqla lentə alınıb. Filmin çəkilişləri yekunlaşıb, fevral ayında ekranlara çıxacaq. "Fəryad 2" filminin də artıq montaj işləri gedir".
Əhmədov əlavə edib ki, 44 günlük müharibə ilə bağlı Orman Əliyevin "Biz" filmi bu yaxınlarda VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görülüb. Bundan başqa, həmin film Daşkənd film festivalında nümayiş olunub:
""Görünməyən qəhrəmanlar" adlı 5 sənədli film artıq hazırdır. "Fulya" filmi artıq nümayiş olunub. Hazırda "Müharibə uşaqları" adlı filmin üzərində işləyirik. Festival filmlərinə gəldikdə isə, Qarabağ problemi ilə xeyli sənədli filmlər çəkilib. Həmin filmlər dünyanın müxtəlif ölkələrində təşkil olunan festivallarda iştirak edib".
"Heç kəsə sirr deyil ki, xristian amilinin önə çəkilməsi baxımından o filmlər hansısa festivallara düşə bilər. Bir də onu vurğulayım ki, ermənilər müharibənin getdiyi dönəmlərdə qaynar nöqtələrdən çəkilişlər edə bilirdilər. Bununla bağlı müxtəlif filmlər yarandı. Bu yaxınlarda Belarusda təşkil olunan festivalda mənim "Sonuncu" filmim konkursda idi. Həmin festivalda qondarma "Artsax"la bağlı bir film də var idi. Səfirliyin köməyi ilə həmin film proqramdan çıxarıldı. Hesab edirəm ki, gələcəkdə də bu mövzu ilə bağlı filmlər çəkiləcək", - deyə F. Əhmədov fikrini tamamladı.
Xəbər lenti
0