https://sputnik.az/20211102/dunyanin-sebirsizlikle-gozlediyi-gorus-yeniden-olacaq-434814835.html
Dünyanın səbirsizliklə gözlədiyi görüş yenidən olacaq?
Dünyanın səbirsizliklə gözlədiyi görüş yenidən olacaq?
Sputnik Azərbaycan
BAKI, 2 noyabr — Sputnik. Rusiya və Birləşmiş Ştatlar qarşılıqlı şəkildə prezidentlər Vladimir Putin və Co Baydenin görüşünün keçirilməsində maraqlıdır... 02.11.2021, Sputnik Azərbaycan
2021-11-02T16:26+0400
2021-11-02T16:26+0400
2021-11-02T16:26+0400
görüş
dünya xəbərləri
co bayden
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234710_0:0:2975:1674_1920x0_80_0_0_95a3017f5a0012e6ddc5c61064964dad.jpg
BAKI, 2 noyabr — Sputnik. Rusiya və Birləşmiş Ştatlar qarşılıqlı şəkildə prezidentlər Vladimir Putin və Co Baydenin görüşünün keçirilməsində maraqlıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Zaman müəyyənləşdiriləcək", - deyə Peskov bildirib.Qeyd edək ki, oktyabrın 20-si Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu ilin sonuna kimi görüş baş tuta bilər."Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib, müəyyən anlayışlar əldə olunub. Onlar format və müddətə dair konkretləşəndə biz sizi məlumatlandıracağıq", - deyə Peskov bildirib.Rusiya və ABŞ prezidentlərinin bu il görüş imkanını şərh edən Peskov deyib: "Bu və ya digər formatda olduqca realdır. Biz sizi məlumatlandıracağıq".Qeyd edək ki, Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.Rusiya - ABŞ birgə bəyanatıİyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdən sonra Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.Bəyanatın əsas məqamları:"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər.Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik.Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".
https://sputnik.az/20211031/putinin-neft-qiymetleri-ile-bagli-fikirleri-olkeleri-qorxuya-salib-434751438.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234710_0:0:2729:2047_1920x0_80_0_0_792902e0226ad38416ed90d40cbd3642.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, co bayden, rusiya prezidenti vladimir putin
görüş, co bayden, rusiya prezidenti vladimir putin
BAKI, 2 noyabr — Sputnik. Rusiya və Birləşmiş Ştatlar qarşılıqlı şəkildə prezidentlər Vladimir Putin və Co Baydenin görüşünün keçirilməsində maraqlıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Zaman müəyyənləşdiriləcək", - deyə Peskov bildirib.
Qeyd edək ki, oktyabrın 20-si Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında bu ilin sonuna kimi görüş baş tuta bilər.
"Uşakovla Nuland arasında son görüşdə müxtəlif variantlar müzakirə edilib, müəyyən anlayışlar əldə olunub. Onlar format və müddətə dair konkretləşəndə biz sizi məlumatlandıracağıq", - deyə Peskov bildirib.
Rusiya və ABŞ prezidentlərinin bu il görüş imkanını şərh edən Peskov deyib: "Bu və ya digər formatda olduqca realdır. Biz sizi məlumatlandıracağıq".
Qeyd edək ki, Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.
Rusiya - ABŞ birgə bəyanatı
İyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdən sonra Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.
Bəyanatın əsas məqamları:
"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər.
Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik.
Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".