Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Daha 11 erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib

© SputnikErməni əsgərlərinin dəbilqələri
Erməni əsgərlərinin dəbilqələri - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Aşkarlanan erməni hərbçilərin cəsədləri "Qırmızı bazar" ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilən ərazilərində daha 11 erməni hərbçinin cəsədi aşkar edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
Məlumata görə, aşkarlanan erməni hərbçilərin cəsədləri "Qırmızı bazar" ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.
Bununla da indiyə kimi erməni tərəfinə təhvil verilən cəsədlərin sayı 1697 olub.
Xəbər lenti
0