https://sputnik.az/20211101/g-20-sammitinin-yekunlari--turkiye-rusiya-ile-birge-hara-qeder-gede-biler-434779064.html
"G-20" sammitinin yekunları – Türkiyə Rusiya ilə birgə hara qədər gedə bilər
"G-20" sammitinin yekunları – Türkiyə Rusiya ilə birgə hara qədər gedə bilər
Sputnik Azərbaycan
Rəsmi Ankara üçün orta dəhliz adlanan ərazidə mövqelərini inkişaf etdirərkən Rusiya ilə qarşıya çıxa biləcək potensial problemlərin diplomatik yolla həlli çox... 01.11.2021, Sputnik Azərbaycan
2021-11-01T21:00+0400
2021-11-01T21:00+0400
2021-11-01T21:00+0400
sammit
təhlil
g20
vaşinqton
moskva
sergey lavrov
mövlud çavuşoğlu
rusiya xin rəhbəri sergey lavrov
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/42334/09/423340943_0:0:2707:1523_1920x0_80_0_0_3c831d112a7337c714c25d75bf3d43d7.jpg
BAKI, 1 noyabr — Sputnik. Həftəsonu dünyanın diqqəti İtalyanın paytaxtı Romaya cəmlənmişdi. Belə ki, məhz Romada iki gün davam edən sammit çərçivəsində dünyanın aparıcı 20 ölkəsi (G-20) planetin taleyi də daxil olmaqla, bəşəri əhəmiyyətə malik məsələləri müzakirə ediblər.G20 ölkələrinin liderləri iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, bərabərsizliklərlə mübarizə, qadınların səlahiyyətlərinin artırılması, enerjidə transformasiyanın sürətləndirilməsi, qlobal ticarət sistemində şəffaflıq və Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər.Sammitdə qlobal minimum korporativ vergi müqaviləsi təsdiqlənib və müqavilə "Google", "Amazon", "Microsoft" və "Facebook" kimi şirkətlər də daxil olmaqla qlobal şirkətlərin 2023-cü ildən etibarən ən azı 15 faiz dərəcə ilə vergiyə cəlb olunmasını nəzərdə tutur.Sammit çərçivəsində xeyli sayda ikitərəfli görüşlər baş tutdu. Sammit çərçivəsində ən böyük əhəmiyyətə malik görüşlərdən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden, o cümlədən Türkiyə - Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında baş tutan görüş idi. İstənilən halda bu tip görüşlər dünyanın və müxtəlif regionların vəziyyətinə təsir edir, onu yenidən formalaşdırır. Sputnik Azərbaycan görüşün yekunları, həmçinin gələcək gözləntilər barədə "Qafqaz Siyasi Analiz Mərkəzinin" azərbaycanlı tədqiqatçısı, Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili ilə söhbətləşib.Əhməd Əlili hesab edir ki,"G-20" sammitinin keçirilməsinin üzdə olan səbəbləri bəllidir: "Bu iqlim dəyişikliyi, koronavirusa dair ümumi, birgə mübarizənin müəyyən olunması, beynəlxalq korporasiyalarla bağlı müəyyən addımların atılması idi. Düşünürəm ki, sadalananlarla bağlı çox maraqlı, uğurlu qərarlar verildi və bu istiqamətdə atılan addımları pozitiv dəyələndirmək olar. Mənim üçün sammitdə ən maraqlı məqam ümumavropa ordusunun yaradılması və NATO-nun vahidliyinin qorunması, bu məsələlərin nə dərəcədə müzakirə olunması idi".Politoloq vurğulayıb ki, "G-20" təmsilçiləri iki illik fasilədən sonra ilk dəfə idi ki fiziki şəkildə bir araya gələ bildilər: "Pandemiyaya görə görüşlər ardıcıl olaraq təxirə salınırdı. Bu iki il ərzində dünyada, müxtəlif regionlarda xeyli dəyişikliklər baş vermişdi. Sammitin geosiyasi gündəmində əsas mövzu ümumavropa ordusunun yaradılıb-yaradılmaması məsələsi idi. Hamıya bəllidir ki, Vahid Avropa Ordusunun yaradılması ilə Avropa qitəsində ABŞ-a bənzər bir struktur formalaşacaq, Avropanın özünün siyasi vahidliyi meydana çıxacaq. Birləşmiş Ştatlar bu istiqamətdə atılan addımları dayandırmaq və əvəzində Çinlə bağlı qeydə alınan prosesləri vaxtında neytrallaşdırmaq üçün NATO daxilində özü üçün mobil qüvvələr formalaşdırmaq istəyir".Əhməd Əlili qeyd edib ki, məsələyə bu konteksdə baxıldıqda ABŞ və Türkiyə, Türkiyə və Rusiya təmsilçiləri arasında keçirilən görüşlər daha da əhəmiyyətli görünür. Hazırda orta dəhliz adlandırılan ərazidə - yəni Türkiyə, Azərbaycan və Mərkəzi Asiyadan keçməklə Avropanı Çinlə birləşdirən ərazidə xüsusi ilə son iki ildə Türkiyənin mövqeyi, iştirakında xeyli dəyişikliklər baş verib:"Bu baxımdan gələcəkdə problem yarada biləcək məqamları diplomatik yolla həll etmək üçün həm Rusiya ilə, həm də ABŞ-la danışmaq lazım idi. Ona görə də düşünürəm ki, istər Lavrovla görüşdə Çavuşoğlunun verdiyi mesajlar, istərsə də Baydenlə görüşdə Ərdoğanın verdiyi mesajlar bu baxımdan diqqət çəkirdi. Ərdoğanın da qeyd etdiyi kimi NATO-nun vahidliyinin qalması Türkiyə üçün çox önəmlidir. O, Avropanın Ordusunun yaradılmasını mümkünsüz adlandırdı. Çavuşoğlu isə Lavrovla görüşü zamanı son zamanlar Rusiya mediasının Ukraynanın istifadə etdiyi silahların Türkiyə istehsalı olan "Bayraktlar" PUA-ları olması faktını qabartmasına münasibət bildirərək qeyd etdi ki, əgər silah hər hansı ölkəyə satılibsa, bu o deməkdir ki, silah artıq o ölkəyə məxsusdur. O, nümunə olaraq Afrika ölkələrində Rusiya istehsalı olan Kalaşnikov silahının geniş yayılmasını misal gətirdi".Ekspert vurğulayıb ki, Türkiyə Rusiyada, Rusiya mediasında bu məsələ ilə bağlı neqativ çıxışları sıfıra endirməkdə maraqlıdır: "Görünən budur ki, Türkiyə NATO ilə münasibətlərin, o cümlədən NATO-nun vahidliyinin qorunub saxlanılmasının tərəfdarıdır, eyni zamanda da mümkün olan sahələr üzrə Rusiya ilə əlaqələri inkişaf etdirmək niyyətindədir. Rəsmi Ankara üçün orta dəhliz adlanan ərazidə mövqelərini inkişaf etdirərkən Rusiya ilə qarşıya çıxa biləcək potensial problemlərin diplomatik yolla həlli çox önəmlidir".Görüşün regiona təsirinə gəldikdə isə, ekspert hesab edir ki, orta regional əməkdaşlığa dair 3+3 formatı var. Hazırda Gürcüstan belə bir platformaya etiraz edir. Gürcü rəsmilər ölkələrinin Rusiya ilə birgə hər hansı platformada iştirak etməyəcəyinə dair fikri qabardırlar."Bu platformada Azərbaycanın strateji tərəfdaşı Türkiyə, Ermənistanın strateji tərəfdaşı Rusiya iştirak edir, bu halda Gürcüstan niyə öz strateji tərəfdaşını bu prosesə cəlb etməsin? Bizim regionda baş verən proseslərin müzakirəsi zamanı Gürcüstanın özünə tərəfdaş seçdiyi qüvvənin də (ABŞ –red.) iştirak etməsini istəyir. Düşünürəm ki, bu istiqamətdə Moskva və Vaşinqton arasında da danışıqlar olacaq", - deyə Əhməd Əlili bildirib.
https://sputnik.az/20211031/g20-liderlerinin-sammiti-basa-catib-434760819.html
https://sputnik.az/20211101/eller-ve-simalar-g20-sammitinin-en-maraqli-meqamlari-fotolarda-434774791.html
https://sputnik.az/20211031/g20-sammiti-iqlim-deyisikliyine-qarsi-mubarize-umidlerini-dogrultmadi---quterres-434757980.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42334/09/423340943_0:0:2707:2031_1920x0_80_0_0_c9e7474fae056d014e9116c9956a70da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sammit, g20, vaşinqton, moskva, sergey lavrov, mövlud çavuşoğlu, rusiya xin rəhbəri sergey lavrov, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, gürcüstan, nato, ərdoğan, rəcəb tayyip ərdoğan, co bayden, bayraktar, abş prezidenti cozef bayden
sammit, g20, vaşinqton, moskva, sergey lavrov, mövlud çavuşoğlu, rusiya xin rəhbəri sergey lavrov, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, gürcüstan, nato, ərdoğan, rəcəb tayyip ərdoğan, co bayden, bayraktar, abş prezidenti cozef bayden
"G-20" sammitinin yekunları – Türkiyə Rusiya ilə birgə hara qədər gedə bilər
Rəsmi Ankara üçün orta dəhliz adlanan ərazidə mövqelərini inkişaf etdirərkən Rusiya ilə qarşıya çıxa biləcək potensial problemlərin diplomatik yolla həlli çox önəmlidir.
BAKI, 1 noyabr — Sputnik. Həftəsonu dünyanın diqqəti İtalyanın paytaxtı Romaya cəmlənmişdi. Belə ki, məhz Romada iki gün davam edən sammit çərçivəsində dünyanın aparıcı 20 ölkəsi (G-20) planetin taleyi də daxil olmaqla, bəşəri əhəmiyyətə malik məsələləri müzakirə ediblər.
G20 ölkələrinin liderləri iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, bərabərsizliklərlə mübarizə, qadınların səlahiyyətlərinin artırılması, enerjidə transformasiyanın sürətləndirilməsi, qlobal ticarət sistemində şəffaflıq və Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər.
Sammitdə qlobal minimum korporativ vergi müqaviləsi təsdiqlənib və müqavilə "Google", "Amazon", "Microsoft" və "Facebook" kimi şirkətlər də daxil olmaqla qlobal şirkətlərin 2023-cü ildən etibarən ən azı 15 faiz dərəcə ilə vergiyə cəlb olunmasını nəzərdə tutur.
Sammit çərçivəsində xeyli sayda ikitərəfli görüşlər baş tutdu. Sammit çərçivəsində ən böyük əhəmiyyətə malik görüşlərdən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden, o cümlədən Türkiyə - Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında baş tutan görüş idi. İstənilən halda bu tip görüşlər dünyanın və müxtəlif regionların vəziyyətinə təsir edir, onu yenidən formalaşdırır. Sputnik Azərbaycan görüşün yekunları, həmçinin gələcək gözləntilər barədə "Qafqaz Siyasi Analiz Mərkəzinin" azərbaycanlı tədqiqatçısı, Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili ilə söhbətləşib.
Əhməd Əlili hesab edir ki,"G-20" sammitinin keçirilməsinin üzdə olan səbəbləri bəllidir: "Bu iqlim dəyişikliyi, koronavirusa dair ümumi, birgə mübarizənin müəyyən olunması, beynəlxalq korporasiyalarla bağlı müəyyən addımların atılması idi. Düşünürəm ki, sadalananlarla bağlı çox maraqlı, uğurlu qərarlar verildi və bu istiqamətdə atılan addımları pozitiv dəyələndirmək olar. Mənim üçün sammitdə ən maraqlı məqam ümumavropa ordusunun yaradılması və NATO-nun vahidliyinin qorunması, bu məsələlərin nə dərəcədə müzakirə olunması idi".
Politoloq vurğulayıb ki, "G-20" təmsilçiləri iki illik fasilədən sonra ilk dəfə idi ki fiziki şəkildə bir araya gələ bildilər: "Pandemiyaya görə görüşlər ardıcıl olaraq təxirə salınırdı. Bu iki il ərzində dünyada, müxtəlif regionlarda xeyli dəyişikliklər baş vermişdi. Sammitin geosiyasi gündəmində əsas mövzu ümumavropa ordusunun yaradılıb-yaradılmaması məsələsi idi. Hamıya bəllidir ki, Vahid Avropa Ordusunun yaradılması ilə Avropa qitəsində ABŞ-a bənzər bir struktur formalaşacaq, Avropanın özünün siyasi vahidliyi meydana çıxacaq. Birləşmiş Ştatlar bu istiqamətdə atılan addımları dayandırmaq və əvəzində Çinlə bağlı qeydə alınan prosesləri vaxtında neytrallaşdırmaq üçün NATO daxilində özü üçün mobil qüvvələr formalaşdırmaq istəyir".
Əhməd Əlili qeyd edib ki, məsələyə bu konteksdə baxıldıqda ABŞ və Türkiyə, Türkiyə və Rusiya təmsilçiləri arasında keçirilən görüşlər daha da əhəmiyyətli görünür. Hazırda orta dəhliz adlandırılan ərazidə - yəni Türkiyə, Azərbaycan və Mərkəzi Asiyadan keçməklə Avropanı Çinlə birləşdirən ərazidə xüsusi ilə son iki ildə Türkiyənin mövqeyi, iştirakında xeyli dəyişikliklər baş verib:
"Bu baxımdan gələcəkdə problem yarada biləcək məqamları diplomatik yolla həll etmək üçün həm Rusiya ilə, həm də ABŞ-la danışmaq lazım idi. Ona görə də düşünürəm ki, istər Lavrovla görüşdə Çavuşoğlunun verdiyi mesajlar, istərsə də Baydenlə görüşdə Ərdoğanın verdiyi mesajlar bu baxımdan diqqət çəkirdi. Ərdoğanın da qeyd etdiyi kimi NATO-nun vahidliyinin qalması Türkiyə üçün çox önəmlidir. O, Avropanın Ordusunun yaradılmasını mümkünsüz adlandırdı. Çavuşoğlu isə Lavrovla görüşü zamanı son zamanlar Rusiya mediasının Ukraynanın istifadə etdiyi silahların Türkiyə istehsalı olan "Bayraktlar" PUA-ları olması faktını qabartmasına münasibət bildirərək qeyd etdi ki, əgər silah hər hansı ölkəyə satılibsa, bu o deməkdir ki, silah artıq o ölkəyə məxsusdur. O, nümunə olaraq Afrika ölkələrində Rusiya istehsalı olan Kalaşnikov silahının geniş yayılmasını misal gətirdi".
Ekspert vurğulayıb ki, Türkiyə Rusiyada, Rusiya mediasında bu məsələ ilə bağlı neqativ çıxışları sıfıra endirməkdə maraqlıdır: "Görünən budur ki, Türkiyə NATO ilə münasibətlərin, o cümlədən NATO-nun vahidliyinin qorunub saxlanılmasının tərəfdarıdır, eyni zamanda da mümkün olan sahələr üzrə Rusiya ilə əlaqələri inkişaf etdirmək niyyətindədir. Rəsmi Ankara üçün orta dəhliz adlanan ərazidə mövqelərini inkişaf etdirərkən Rusiya ilə qarşıya çıxa biləcək potensial problemlərin diplomatik yolla həlli çox önəmlidir".
Görüşün regiona təsirinə gəldikdə isə, ekspert hesab edir ki, orta regional əməkdaşlığa dair 3+3 formatı var. Hazırda Gürcüstan belə bir platformaya etiraz edir. Gürcü rəsmilər ölkələrinin Rusiya ilə birgə hər hansı platformada iştirak etməyəcəyinə dair fikri qabardırlar.
"Bu platformada Azərbaycanın strateji tərəfdaşı Türkiyə, Ermənistanın strateji tərəfdaşı Rusiya iştirak edir, bu halda Gürcüstan niyə öz strateji tərəfdaşını bu prosesə cəlb etməsin? Bizim regionda baş verən proseslərin müzakirəsi zamanı Gürcüstanın özünə tərəfdaş seçdiyi qüvvənin də (ABŞ –red.) iştirak etməsini istəyir. Düşünürəm ki, bu istiqamətdə Moskva və Vaşinqton arasında da danışıqlar olacaq", - deyə Əhməd Əlili bildirib.