Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Əti nə ilə əvəz etmək olar

Abunə olmaq
Bəzən yanlış olaraq belə bir təəssürat yaranır ki, veqanlara Azərbaycanda yaşamaq çətin olar. Axı bizim milli mətbəximizin əsasını ət, toyuq, balıq yeməkləri təşkil edir.
BAKI, 1 noyabr — Sputnik. Veqanlıq – yalnız heyvan mənşəli məhsulların qida rasionundan çıxarılması deyil, planetdə həyatı xilas etməyə çağıran düşünülmüş həyat tərzidir.
Hər il dünyada bir neçə milyon insan öz qidalanma vərdişini dəyişərək əti soya, tofu və bu kimi başqa məhsullarla əvəzləyirlər. Yumurta ilə bağlı isə vahid fikrə gəlinməyib. Ətdən imtina edən bəzi insanlar yumurtanı da qida rasionundan çıxarır, bəziləri isə müxtəlif yeməklərin tərkibindən ondan yararlanırlar.
Bəzən yanlış olaraq belə bir təəssürat yaranır ki, veqanlara Azərbaycanda yaşamaq çətin olar. Axı bizim milli mətbəximizin əsasını ət, toyuq, balıq yeməkləri təşkil edir. Buna baxmayaraq, Azərbaycan mətbəxində ətdən imtina edənlər üçün də dadlı yeməklər tapmaq mümkündür. Çünki ölkəmiz meyvə və tərəvəz çeşidlərinin zənginliyi ilə seçilir. Bu Qafqaz ölkəsinin mətbəxində ətsiz bişən yeməklər arasında göyərti qutabı, dovğa, balqabaq plovu və başqa dadlı yeməklər var ki, onların yanında ət xörəkləri heç yada da düşmür. Odur ki, veqanlar Azərbaycanda heç vaxt ac qalmazlar.
Sputnik Azərbaycan 1 noyabr Beynəlxalq Veqanlar Günündə ətin tərkibindəki qidalı maddələrin nə ilə əvəz oluna biləcəyini əks etdirən xüsusi infoqrafikanı oxuculara təqdim edir.
Xəbər lenti
0