Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Döyüş maşınları heyətlərinin yarışı keçirilir - VİDEO

© AR Ministry of DefenceDöyüş maşınları heyətlərinin yarışı keçirilir
Döyüş maşınları heyətlərinin yarışı keçirilir - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Şəxsi heyətin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən yarış dörd mərhələdən ibarətdir.
BAKI, 1 noyabr — Sputnik. Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında "Ən yaxşı PDM-2, PDM-3 və ZTR-82A heyəti" adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi heyətin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən yarış dörd mərhələdən ibarətdir.
Fiziki hazırlıq, atəş hazırlığı və sürücülük üzrə tapşırıqları icra edən hərbi qulluqçular, yarışın qaydalarına uyğun olaraq fərdi və heyət şəklində normativləri də yerinə yetirirlər.
Yarış noyabrın 4-dək davam edəcək.
Xəbər lenti
0